Azərbaycan Respublikası PrezidentininYerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” 2018-ci il 16 iyul tarixli 205 nömrəli və “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikintiinfrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1683 VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il 29 noyabr tarixli 865 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqındaAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 205 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 7, maddə 1491) 4.14-cü bəndinəyerin təkininsözlərindən sonra “(qiymətli əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları təzahürləri istisna olmaqla)” sözləri əlavə edilsin.

2. “Yerin təki haqqında”, “İstehsalat məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqındaTikinti infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1683-VQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 noyabr tarixli 865 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 11, maddə 1713) aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. həmin Qanununun 13-cü maddəsinin 2-ci hissəsinin ikinci (birinci halda) cümləsindəorqan (qurum)” dedikdə qiymətli əlvan (o cümlədən nəcib) metallara, qiymətli daş yataqlarına təzahürlərinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, digər hallara münasibətdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.”;

2.2.  2.2-ci bənddən “13-cü maddəsinin 2-ci (birinci halda) hissəsində,” sözləri çıxarılsın;

2.3.  2.5-ci bənddə “1-ci 2-ci (ikinci halda) hissələrindəsözləri “1-ci hissəsində 2-ci hissəsinin ikinci (ikinci halda) cümləsində (qiymətli əlvan (o cümlədən nəcib) metallara, qiymətli daş yataqlarına təzahürlərinə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin iştirakı ilə)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 may 2021-ci il

Azərbaycan.-2021.- 30 may.- S.13.