Belarus Prezidenti MDB Hökumət Başçıları Şurasının iclasının iştirakçılarını qəbul edib

 

Mayın 28-də Belarus Prezidenti Aleksandr Lukaşenko MDB Hökumət Başçıları Şurasının iclasının iştirakçılarını qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın Baş naziri Əli Əsədov iştirak edib.

Belarus Prezidenti 28 May - Respublika Günü münasibətilə Baş nazir Əli Əsədova təbriklərini çatdırıb.

MDB Hökumət Başçıları Şurasının iclasının Minskdə keçirilməsindən məmnunluq ifadə edən Prezident Aleksandr Lukaşenko MDB-nin əhəmiyyətindən danışıb. Belarus Prezidentinin sözlərinə görə, SSRİ-nin süqutu sovet respublikaları arasında inteqrasiya əlaqələrini qıra bilməyib. Keçmiş sovet respublikalarının xalqlarını çoxəsrlik dostluqmehriban qonşuluq münasibətləri birləşdirir.

Hazırda MDB məkanında iqtisadi əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayan dövlət başçısı MDB ölkələri ilə əməkdaşlığın inkişafının ölkəsi üçün prioritet məsələ olduğunu diqqətə çatdırıb.

Belarus dövlətinin başçısı MDB ölkələrinin birlikdə qlobal çağırışlara, o cümlədən koronovirus pandemiyasının yayılmasına qarşı uğurla mübarizə apara biləcəklərinə əminlik ifadə edib.

 

 

Azərbaycan.-2021.- 30 may.- S.13.