Prezident İlham Əliyev: “İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizdir, Azərbaycan tarixində  buna bənzər qələbə olmayıb”

 

 

İkinci Qarabağ müharibəsi, bir daha demək istəyirəm, tarixi Zəfərimizdir. Azərbaycanın çoxəsrlik tarixində buna bənzər qələbə olmamışdır. Müharibə ilə bağlı artıq kifayət qədər məlumatlar var və təkrar etmək istəmirəm. Müharibənin gedişatı hər kəsə məlumdur”.

“Sadəcə olaraq, indi bizim dərsliklərimizdə, elmi əsərlərdə, məqalələrdə, kitablarda müharibə ilə bağlı və müharibədən əvvəlki dövrlə bağlı çox müfəssəl və geniş məlumat verilməlidir ki, biz bu tarixi olduğu kimi qeyd edək, bu tarixi olduğu kimi yazaq və gələcək nəsillər də daim bunu bilsinlər və unutmasınlar, o cümlədən erməni vəhşiliyini unutmasınlar”.

AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 113-cü kitabında yer alan bu fikirlər dövlət başçısının avqustun 16-da Kəlbəcər şəhərində dövlət bayrağını ucaltdıqdan sonra söylədiyi çıxışından götürülüb. Prezident dərin məzmunlu çıxışında İkinci Qarabağ müharibəsinin erməni mifologiyasını tamamilə məhv etdiyini vurğulayaraq deyib: “Çünki uzun illər ərzində, 30 il ərzində ermənilər dırnaqarası “hərbi qələbə” ilə öyünürdülər. Ermənilər bir neçə mif uydurmuşdular ki, onların ordusu “yenilməz ordudur və onların ordusu bu torpaqları əbədi işğal altında saxlaya bilər. Biz bu mifi dağıtdıq. Erməni ordusu yoxdur bu gün. Erməni ordusu tamamilə məhv edildi. Erməni ordusunun silah və sursatlarının mütləq əksəriyyəti məhv edildi, ya da ki, qənimət kimi götürüldüindi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Biz erməni ordusunu “yenilməz ordukimi təqdim edən mifologiyaya son qoyduq”. Prezident İlham Əliyev çıxışında həmçinin deyib ki, hazırda əsas vəzifə azad edilmiş torpaqlarda möhkəmlənmək, yenidənqurma və bərpa işləri aparmaq, keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaqdır.

Çoxcildliyin yeni kitabındakı materiallar 2021-ci ilin iyun-avqust aylarını əhatə edir.

Bu kitaba Prezident İlham Əliyevin işğaldan azad edilən Kəlbəcər, Laçın, Füzuli rayonlarına, Şuşa şəhərinə səfərləri haqqında geniş informasiyalar daxil olunub.

Dövlət başçısı iyulun 22-də Daşkəsən və Goranboy rayonlarına, Naftalan şəhərinə səfər edib, bir sıra mühüm infrastruktur obyektlərinin açılış mərasimlərində iştirak edib, Daşkəsəndə Azərbaycan Televiziyasına müsahibə verib. Kitabda bununla bağlı materiallarla tanış olmaq mümkündür.  

Yeni nəşrə Prezident İlham Əliyevin Ələt Azad İqtisadi Zonasının təməlini qoyduqdan sonra Azərbaycan Televiziyasına, habelə Qarabağ Zəfəri ilə bağlı Bakıda “CNN Türk” kanalına müsahibələrinin mətnləri daxil edilib.

Oxucular 113-cü cilddə Azərbaycan PrezidentininQoşulmama Hərəkatı”nın xarici işlər nazirlərinin onlayn konfransında çıxışının mətni, Türkiyə, Pakistan, ABŞ və digər dövlətlərin Bakıya gəlmiş nümayəndə heyətlərini, görkəmli qazax şairiictimai xadim Oljas Süleymenovu qəbul etməsinə, dövlət başçıları ilə telefon danışıqlarına dair informasiyalarla da tanış ola bilərlər.

Çoxcildliyin yeni kitabında dövlət başçısının Abşeron DOST mərkəzinin açılış mərasimində iştirakı, Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə, Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimlərində çıxışlarının mətnləri, 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin, Bakının Xətai rayonu ərazisində yeni yaradılmış “Gənclik” parkının açılış mərasimlərində iştirakı haqqında materiallar toplanıb.

“Azərnəşr” tərəfindən buraxılan çoxcildliyin 113-cü kitabının hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

 

Azərbaycan.-2021.- 7 noyabr.- S.5.