Binəli Yıldırım: Biz Türkiyə olaraq hər
zaman Azərbaycanın yanındayıq
Qlobal Bakı Forumu beynəlxalq və regional vəziyyətlə bağlı məsələlərin müzakirəsi üçün mühüm əhəmiyyətə malikdir.
Bunu AZƏRTAC-a açıqlamasında Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım deyib.
O
bildirib ki, İkinci Qarabağ müharibəsi ilə
bağlı həqiqətlərin, ədalətin dünyaya
çatdırılmasına görə bu cür tədbirin təşkili
təqdirəlayiqdir. “Bildiyimiz kimi, burada bir
çox sabiq prezidentlər,
nazirlər, ziyalılar iştirak edirlər.
Hazırda bir çox
dünya ölkələrinin diqqəti bu forumdadır. Azərbaycan və Türkiyə
qardaş ölkələrdir. Biz Türkiyə olaraq hər
zaman Azərbaycanın yanındayıq”.
Azərbaycan.-2021.- 7 noyabr.- S.6.