Gəncədə “ZƏFƏR” fləşmobu

 

 

Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən “ZƏFƏR” adlı fləşmob keçirilib. Fləşmob Gəncənin Heydər Əliyev adına meydanında təşkil olunub.

Fləşmobda M.Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb liseyin, 17 nömrəli və M.A.Abbaszadə adına

20 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər. Şagirdlər müharibə zamanı Vətənin keşiyində duran əsgərlərimizin və ZƏFƏR sözünün əksini canlandırıblar.

Qeyd edək ki, fləşmob 1200 şagirdin iştirakı ilə reallaşıb.

 

 

S.ƏLİYEV,

Azərbaycan.-2021.- 7 noyabr.- S.8.