Akira Matsunaqa: Vətən müharibəsində Zəfər
qazanan Azərbaycan
dağıdılmış ərazilərini də tezliklə
bərpa edəcək
Əminəm
ki, Vətən müharibəsində böyük Zəfər
qazanan Azərbaycan da ğıdılmış əraziləri
də tezliklə bərpa edəcək, həmin torpaqlarda ən
müasir şəhər və kəndlər salınacaq.
Bu
sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi
müxbirinə məxsusi müsahibəsində Tokio Sahibkarlığın
Tədqiqi İnstitutunun professoru, "ajmedia.jp"
saytının baş redaktoru Akira Matsunaqa deyib. Prezident, Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə
qəhrəman Azərbaycan Ordusunun
1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən
işğal olunan
torpaqları azad etməsini möhtəşəm
hadisə adlandıran yapon professor
bu münasibətlə Azərbaycan
xalqına təbriklərini çatdırıb. Bildirib ki, həmin ərazilər
Azərbaycan rəhbərliyinin dəmir iradəsi, Silahlı
Qüvvələrin böyük qəhrəmanlığı
və şücaəti nəticəsində həqiqi sahiblərinə
qaytarılıb. Azərbaycan xalqının bu
Qələbəyə sarsılmaz inamı nəticəsində
tarixi ədalət bərpa edilib.
Azərbaycanın cəmi 44 gün davam edən döyüşlər nəticəsində Qələbə qazanmasının səbəblərinə toxunan A.Matsunaqa vurğulayıb ki, bunun əsasında, ilk növbədə, Azərbaycan xalqının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə inamı dayanır. Yapon professor bildirib ki, Azərbaycan rəhbərliyi uzun müddət səbir və təmkin nümayiş etdirərək torpaqları qan tökülmədən, danışıqlar yolu ilə qaytarmağa çalışıb. Bununla yanaşı, ölkə iqtisadiyyatını inkişaf etdirərək müasir ordu quruculuğuna nail olub. Nəticədə Azərbaycanda düşməni həm say, həm keyfiyyət və həm də peşəkarlığı ilə üstələyən ən müasir ordu yaradılıb. Hər bir Azərbaycan əsgəri Vətəninə və məxsus olduğu xalqa sonsuz məhəbbət ruhunda tərbiyə edilib. Bunu döyüşlər zamanı Azərbaycan əsgərlərinin nümayiş etdirdiyi qəhrəmanlıqlar da təsdiqləyir.
Ermənistanın
məğlubiyyətinin səbəblərinə gəlincə,
professor bunun əsasında özündən
razılığın, Azərbaycan Ordusunun gücünün
lazımınca qiymətləndirilməməsinin
dayandığını bildirib.
A.Matsunaqa Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu vurğulayaraq, bunu ermənilərin işğal etdikləri əraziləri tərk edərkən həmin yerlərdə törətdiyi vandalizm aktlarının təsdiqlədiyini də diqqətə çatdırıb. Bildirib ki, ermənilər həmin əraziləri tərk edərkən həm yaşayış məntəqələrini, həm dini və tarixi abidələri, həm də azərbaycanlılara məxsus qəbiristanlıqları dağıtmaqdan çəkinməyiblər. Bu, yalnız azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı törədilmiş ağır vandalizm aktıdır.
Professor vurğulayıb ki, bəzi ermənipərəst kütləvi informasiya vasitələrinin ermənilərə haqq qazandırmaq cəhdlərinə baxmayaraq, bütün dünya onların əsl üzünü gördü. Bunu dağıdılmış və viran qoyulmuş yaşayış məskənlərinin beynəlxalq KİV tərəfindən yayılan görüntüləri bir daha bütün dünyaya göstərdi.
Vətən müharibəsində Azərbaycanın möhtəşəm Qələbəsinin regionun inkişafına və çiçəklənməsinə mühüm təsir göstərəcəyinə inandığını bildirən yapon professor qeyd edib ki, ilk növbədə, doğma evlərindən didərgin düşmüş məcburi köçkünlər öz yaşayış məntəqələrinə dönəcəklər. Xarabalığa çevrilmiş kənd və şəhərlər bərpa olunacaq, bu ərazilərə yeni həyat qayıdacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu ərazilərdə ən müasir şəhər və kəndlərin salınmasına, müasir infrastrukturun yaradılmasına nail olacaq.
Yaponiyanın Azərbaycanın ərazi bütövlüyünü daim
dəstəklədiyini xatırladan A.Matsunaqa
bildirib ki, BMT Təhlükəsizlik
Şurasının məlum qətnamələrinin qəbulunda
onun ölkəsi fəal iştirak
edib. Bu gün isə həmin ərazilərdə
"yaşıl enerji"
zonalarının, "ağıllı kənd və şəhərlərin"
salınmasında yapon şirkətləri
yaxından iştirak edirlər. Yapon investorlar isə Azərbaycanın
inkişafını həmişəki kimi,
yaxından dəstəkləyirlər. Azərbaycanın yaxın
dostu olan Yaponiya bu nəhəng bərpa
və quruculuq işlərində
xalqımıza uğurlar arzulayır.
Azərbaycan.-2021.- 7 noyabr.- S.15.