Baş katib: “İƏT
PA bölgədə sülhün bərqərar
olması istiqamətində Azərbaycanın
atdığı addımları alqışlayır”
Vətən müharibəsində Azərbaycan xalqının qazandığı möhtəşəm Qələbənin birinci ildönümü münasibətilə xarici ölkələrin dövlət rəsmilərindən, parlament təmsilçilərindən, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərindən Milli Məclisin ünvanına təbrik məktubları gəlməkdə davam edir.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Muhammed Xurayçi Niyas Milli Məclisin sədri Sahibə Qafarovaya ünvanladığı məktubda Azərbaycan parlamentinin sədrini Ermənistanla 30 illik münaqişədə qazandığımız Qələbə münasibətilə təbrik etməkdən məmnunluq duyduğunu vurğulayıb.
Baş katib təbrik məktubunda qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament Assambleyası artıq tarixə qovuşmuş həmin münaqişədə daim Azərbaycanın yanında olub, konfranslarında onun haqlı mövqeyini dəstəkləyən bəyanatlar verib. Vurğulayıb ki, ölkəmizin haqlı mövqeyini dəstəkləyən BMT Təhlükəsizlik Şurası da həmin münaqişə ilə bağlı qətnamələr qəbul edərək Ermənistanı özünün silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmağa çağırıb.
Muhammed Xurayçi Niyas bölgədə sülhün bərqərar olması istiqamətində Azərbaycan tərəfindən atılan addımları alqışladıqlarını bildirib.
Uca Allahdan Azərbaycanda sülhün
və sabitliyin hökm
sürməsini, xalqımızın bolluq
və firavanlıq içində yaşamasını dilədiklərini
vurğulayıb.
Azərbaycan.-
2021.-5 noyabr.- S.10.