Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri,

8 Noyabr – Zəfər Günü, dost Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış torpaqlarını geri qaytarması münasibətilə Sizə səmimi təbriklərimi və xeyir-dualarımı çatdırmaqdan fəxr və sevinc hissləri duyuram. Zati-alinizin müdrik rəhbərliyi, Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti ilə respublikanızda təhlükəsizliyin, sabitliyin, əmin-amanlığın qorunub saxlanılması istiqamətində fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər arzu edirəm.

Dərin hörmətlə,

 

Feysəl Xəlifə Əl-Səvvağ

Küveyt Elektron Media Birliyinin İdarə Heyətinin sədri

 

Azərbaycan.- 2021.- 11 noyabr.- S.11.