Prezident İlham Əliyev Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının Baş katibini
qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi qəbul edib.
AZƏRTAC
xəbər verir ki, görüşdə Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının
qarşıdakı Zirvə görüşünə toxunularaq
bu tədbirin üzv ölkələr arasında əməkdaşlığın
möhkəmləndirilməsinə töhfə verəcəyi
bildirildi və 2019-cu ildə Azərbaycanın sədrliyi ilə
bu Zirvə görüşünün yüksək səviyyədə
təşkil olunduğu vurğulandı.
Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının Baş katibi Bağdad Amreyev, ilk növbədə,
dövlətimizin başçısını Zəfər
Günü münasibətilə təbrik etdi, bu Qələbədən
yalnız Azərbaycan xalqının deyil, bütün türk
dünyasının şərəf hissi duyduğunu
vurğuladı.
Prezident
İlham Əliyev təbriklərə görə minnətdarlığını
bildirdi. Dövlətimizin başçısı Vətən
müharibəsi zamanı Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının və şəxsən Baş
katib Bağdad Amreyevin Azərbaycanın haqq
işinə verdiyi dəstəyi yüksək
qiymətləndirdi.
Azərbaycan.-2021.- 6 noyabr.- S.2.