ABŞ
Azərbaycanla əlaqələri genişləndirməkdə
maraqlıdır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də
ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri,
regional münaqişələr və Cənubi Avropa məsələləri
üzrə müavini Erika Olsonu qəbul edib.
AZƏRTAC
xəbər verir ki, görüşdə Azərbaycanla-ABŞ
arasında diplomatik əlaqələrin qurulmasının gələn
il 30 illiyinin qeyd ediləcəyi, ölkələrimiz
arasında uzun və uğurlu tərəfdaşlıq
münasibətlərinin olduğu bildirildi, enerji sahəsində
səmərəli əməkdaşlığın həyata
keçirildiyi, Birləşmiş Ştatların Azərbaycanla
əlaqələri genişləndirməkdə maraqlı
olduğu vurğulandı.
Söhbət
zamanı regional inkişaf və əməkdaşlıq
üçün yeni imkanların olduğu qeyd edildi, əməkdaşlığın
perspektivləri ətrafında fikir mübadiləsi
aparıldı.
Azərbaycan.-2021.- 6 noyabr.- S.2.