Prezident İlham Əliyev Türkiyənin sabiq Baş naziri Binəli Yıldırımı qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də
Türkiyə Respublikasının sabiq Baş naziri Binəli
Yıldırımı qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumunun mühüm məsələləri müzakirə etmək baxımından çox vacib beynəlxalq tədbir olduğu bildirildi, bu Forumun yüksək səviyyədə təşkil olunduğu vurğulandı.
Qeyd
edildi ki, pandemiyaya baxmayaraq, Forumda çox sayda nüfuzlu
qonağın iştirak etməsi bu tədbirə və Azərbaycana
olan marağı göstərir. Forumun beynəlxalq əməkdaşlığın
genişləndirilməsi işinə xidmət edəcəyinə
əminlik bildirildi.
Azərbaycan.-2021.- 6 noyabr.- S.2.