Vətən müharibəsi
şəhidi Cəbrayıl Dövlətzadənin anası Məleykə
Məmmədzadə Milli Məclisdə
işlə təmin edilib
Məlum
olduğu kimi, ölkə rəhbərliyi tərəfindən
şəhid ailələri, qazilər və müharibə
iştirakçıları daim diqqətdə
saxlanılır, dövlətin qayğısı ilə əhatə
olunurlar.
Milli
Məclis tərəfindən də şəhid ailələri
və qazilərlə müntəzəm görüşlər
keçirilir, mövcud problemlərinin həllində köməklik
göstərilməsi məqsədilə tədbirlər
görülür, şəhidlərin ailə üzvlərinin
və qazilərin Milli Məclisdə işlə təmin
olunmasına xüsusi önəm verilir.
Vətən
müharibəsinin birinci ildönümü ərəfəsində
Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq əmrinə
əsasən, general-mayor Polad Həşimovun qisasını
alan əsgər kimi Vətən müharibəsi tarixinə
imzasını atmış Cəbrayıl Dövlətzadənin
anası Məleykə Məmmədzadə Milli Məclisdə
dövlət qulluğuna qəbul edilərək işlə təmin
olunub.
Qeyd
edək ki, Cəbrayıl Dövlətzadə Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən
ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni,
“Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına
görə” medalları ilə təltif edilib. Cəbrayıl Dövlətzadə 2020-ci ilin 28 sentyabr tarixində Cəbrayıl-Füzuli
istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində
döyüşərək böyük
şücaət göstərib, erməni generalını və
polkovnikini öldürərkən 19
yaşında şəhid olub.
Azərbaycan.-2021.- 6 noyabr.- S.6.