Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

8 Noyabr – Zəfər Günü münasibətilə Sizə və Azərbaycan xalqına Banqladeş Zaker Partiyası adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Əminəm ki, Sizin uzaqgörən və müdrik rəhbərliyinizlə Yeni Azərbaycan Partiyası və Azərbaycan daim inkişaf yolu ilə irəliləyəcək, ölkəniz gələcəkdə də tərəqqi və əmin-amanlıq şəraitində yaşayacaq.

Azərbaycan və Banqladeş xalqları arasında uzunmüddətli dostluq münasibətləri mövcuddur. Ümid edirəm ki, bu münasibətlər genişlənəcək və gələcək illərdə daha da zənginləşəcək, Asiya qitəsində yerləşən regionumuzun bütün ölkələrində Azərbaycan və Banqladeş dövlətlərinin birgə səyləri ilə hər zaman sülh və tərəqqi təşviq ediləcək.

Əminəm ki, Yeni Azərbaycan Partiyası və Banqladeş Zaker Partiyası ölkələrimiz və xalqlarımız arasında münasibətlərin inkişafına xidmət edən yaxşı əməkdaşlıq əlaqələri quracaqlar.

Sizə möhkəm cansağlığı, Yeni Azərbaycan Partiyasına uğurlar, ölkənizə və xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

 

Mostafa Amir Faisal

Banqladeş Zaker Partiyasının sədri

 

Azərbaycan.- 2021.- 12 noyabr.- S.2.