Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr edilmiş “Qarabağnamə” əsərinin təqdimatı olub

 

 

Noyabrın 5-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı və “ABC CONTENT” MMC-nin maliyyə dəstəyi ilə Xalq rəssamı Sakit Məmmədovun 8 Noyabr – Zəfər Gününə həsr edilmiş “Qarabağnamə” əsərinin təqdimat mərasimi keçirilib.

Mərasimdə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, müzəffər Azərbaycan xalqının nümayəndələri, qüdrətli və qalib Azərbaycan dövlətinin vətəndaşları kimi qürurlu və şərəfli günlər yaşayırıq. 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədaləti və milli qürurumuzu bərpa etmişik, dünyaya xalq və dövlət olaraq öz gücümüzü, əzmimizi və iradəmizi göstərmişik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin son 18 il ərzində milli maraqları rəhbər tutaraq həyata keçirdiyi istər daxili, istərsə də xarici siyasət Azərbaycanı tərəqqiyə və Qələbəyə aparan ən mühüm amil olub. Şübhəsiz ki, Zəfər Günümüz həm müstəqillik dövrünün, həm də xalqımızın çoxəsrlik, zəngin və şərəfli dövlətçilik tarixinin zirvə hadisəsi - ən parlaq səhifəsidir. Bu, müstəsna siyasi hadisə və dövlətçilik tariximizdə bənzəri olmayan Qələbə dastanıdır, Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin böyük siyasətinin real nəticəsidir.

Azərbaycanın tolerantmultikultural ölkə olduğunu, respublikamızda müxtəlif xalqların nümayəndələrinin sülh, sabitlik və təhlükəsizlik şəraitində yaşadığını deyən YAP Sədrinin müavini qeyd edib: “Azərbaycan vətəndaşlarının, milli-etnikdini mənsubiyyətindən asılı olmayaraq, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək döyüş meydanına atılması, gənclərin Vətənin bütövlüyü uğrunda mübarizəyə qatılması milli həmrəyliyin daha bir bariz nümunəsi oldu. 44 günlük Zəfər yürüşünün nəticəsi olan möhtəşəm Qələbə Azərbaycan dövlətinin milli gücünü, xalqımızın sarsılmaz həmrəyliyini və mübarizə əzmini - bütün dünyaya nümayiş etdirdi! Azərbaycan xalqı, eyni zamanda, bəşəri dəyərlərə, dünya mədəniyyətinə həmişə həssaslıqla yanaşıb, ölkəmiz mədəniyyətlərarası dialoq məkanı kimi özünü təsdiq edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahədə apardığı işlər, göstərdiyi xidmət mütərəqqi dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır və yüksək qiymətləndirilir. Bugünkü sərgi də deyilənlərin bariz sübutu, bir azərbaycanlı rəssamın dünya ölkələrinin mədəniyyətinə baxışının və dəyərinin təzahürüdür. Artıq Zəfər siyasətinin quruculuq mərhələsi başlayıb. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı, nəhəng bərpa-quruculuq prosesinə start verilib. Hədəf Qarabağı və Şərqi Zəngəzuru nəinki Azərbaycanın, hətta dünyanın ən gözəl guşələrindən birinə çevirməkdir. Azərbaycan dövlətinin siyasiiqtisadi qüdrəti, xalqımızın həmrəyliyi bu hədəfə çatmağa imkan verir. Bu strateji məqsəd əsasında görülən işlər isə Azərbaycanın tərəqqisində yeni mərhələnin başlanması, dövlətimizin qüdrətinin artması deməkdir”.

“Əlbəttə, Azərbaycan xalqının Zəfər salnaməsi – Qələbə dastanı təkcə tarixçilərin və siyasətşünasların araşdırma-tədqiqat predmeti deyil. Bu Zəfər həm də müstəsna mənəvi əhəmiyyətə malik olduğu üçün sənət adamlarının xüsusi diqqət mərkəzindədir. Möhtəşəm Qələbəmizin ekranlaşdırılması, onun haqqında əsərlərin, o cümlədən rəsm əsərlərinin ərsəyə gətirilməsi və digər yaradıcılıq işləri bu tarixi hadisənin ictimai yaddaşdamilli təfəkkürdə əbədiləşdirilməsi baxımından çox önəmlidir. Ona görə də Xalq rəssamı Sakit Məmmədovun 8 Noyabr – Zəfər Gününə həsr edilmiş “Qarabağnamə” əsərinin təqdimatı Qələbəmizin, mədəniyyətimizin təbliği, xalqımızın yaradıcılıq, vətənpərvərlik ruhunun gücləndirilməsi üçün mühüm əhəmiyyətə malikdir. Düşünürəm ki, bu tədbir də yeni yaradıcılıq nümunələrinin ərsəyə gəlməsinə kiçikolsa stimul verəcək”, - deyə YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb.

Tahir Budaqov qeyd edib ki, böyük zəfər yolunda Azərbaycan Türkiyə dövləti və xalqı ilə birlikdə addımlayıb. “Bu Qələbədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, qardaş ölkənin xalqı və rəsmi dairələrinin güclü mənəvi, siyasi dəstəyi çox böyük rol oynayıb. Türkiyənin qardaş dəstəyi Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanıb. Postmüharibə dövründə də işğaldan azad olunmuş ərazilərimizin bərpasında biz yenə də Türkiyə dövləti və xalqı ilə bir yerdə addımlayırıq. Çox şadam ki, bu tədbirimizdə Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini hörmətli Binəli Yıldırım və onun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edir”, - deyə Tahir Budaqov bildirib.

YAP Mərkəzi Aparatının rəhbəri çıxışının sonunda 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını, bütün türk dünyasını təbrik edib, Azərbaycana və Türkiyəyə daim sülh, əmin-amanlıq və rifah arzulayıb.

Sonra çıxış edən Xalq rəssamı, “Qarabağnamə” əsərinin müəllifi Sakit Məmmədov tədbir iştirakçılarını salamlayaraq Zəfər Gününü ikiqat sevincini yaşadığını bildirib. O deyib: “Çünki həm Zəfər bayramımızı qeyd edirik, həm də əsərimin təqdimatı keçirilir. Bu əsəri təxminən 1 il ərzində ərsəyə gətirdim və bu Qələbəni yaşaya-yaşaya “Qarabağnamə”ni yaratdım. Əsərdə türk dünyasının elementləri var. Burada həm Azərbaycanın, həm də bütün türk dünyasının keçmişi, bu günü və gələcəyi əksini tapır. Dahi Heydər Əliyevin obrazı isə əsərin zirvəsində yer alır. Ulu öndər Heydər Əliyev elə bir böyük siyasi məktəb qoyub getdi ki, bu məktəbdən rəssamlar da bəhrələnirlər”.

Xalq rəssamı qeyd edib ki, Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, Prezident İlham Əliyev ötən dövrdə çox uğurlu siyasət həyata keçirib. Belə bir məşhur deyim var ki, ordu güclüdürsə, amma onun rəhbəri zəifdirsə, bu ordu məğlub olacaq. Əgər rəhbər güclüdürsə, o zaman ordu qalib gələcək. BizimPrezident İlham Əliyev kimi müdrik Liderimiz olduğu üçün müharibədə qalib gəldik.

S.Məmmədov mərasimdə 24 ölkənin rəmzlərinin, mədəni abidələrinin və milli ənənələrinin əksini tapdığı 24 əsərin də nümayiş olunduğunu diqqətə çatdırıb.

Mərasimdə çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova deyib ki, Xalq rəssamı Sakit Məmmədovun yaratdığı əsər Zəfər salnaməsinin və hər birimizin Qarabağla döyünən ürəyinin təcəssümüdür. Rəssam əsəri bilavasitə Qələbənin təəssüratları ilə yaşayaraq yaradıb. İrimiqyaslı tablonun hər bir nöqtəsi Zəfərin duyğusu ilə doludur. Ənənəvi Qarabağnamələr konseptindən çıxış edərək burada Qarabağın tarixi, onun tanınan simvolikası, ölkəmizdə və onun hüdudlarından kənarda Qarabağın yeri və əhəmiyyəti vurğulanır. Qarabağın qədim köklərə əsaslanan tarixinin əsas məqamları yaddaşımızın dərinliklərində yaşayan obrazlar, simvollar, kodlar vasitəsilə təsviri interpretasiyasını bu əsərdə tapır. Rəssamın ifadə dili eklektikdır. Burada realistik təsvirlərlə yanaşı, tarix alleqoriyalar, müəllif reministensiyaları və fərdi üslub, opalizmin təcəssümü izlənir.

Sənətşünas alim diqqətə çatdırıb ki, əsərin ideyası müharibənin 44 günü ərzində formalaşıb. Bütöv kompozisiya isə rəssamın fərdi yaradıcılıq təxəyyülündə bir il ərzində tamamlanıb. Çoxsaylı seqmentlərdən təşkil olunan kompozisiyada Sakit Məmmədov hər bir obrazı və yaxud abidəni, süjeti aid olduğu dövrün mühüm hadisələri kontekstində, eyni zamanda, universal, dünya mahiyyətli rəmz qismində təqdim edir. Konstruktiv baxımdan kompozisiya aşağı plandan yuxarıya doğru dinamikanın artması ilə həll olunub. Bu üsulla rəssam əsərin ideyasını – Zəfərin təntənəsini Qarabağın tarixi prizmasından açıqlayır və koloristik baxımdan tamamlayır. Əsərin zirvəsində yerləşən və bütün kompozisiyanı birləşdirən obraz ulu öndər Heydər Əliyevdir. Onun portret həllində Sakit Məmmədov müəllif reministensiyalarını vurğulayır və 2018-ci ildə yaratdığı bədii-plastik həlli xatırladır. Üslubi baxımdan əsərin səthi həllində Ulu Öndərin portreti ən işıqlı seqmenti təşkil edir və nisbətən dərin perspektivdə verilib. Onun daim Azərbaycanın mühafizi, himayədarı olması ideyası rəssam tərəfindən maraqlı rakursla vurğulanır. Əsərin mərkəz xəttini tamamlayan bu əzəmətli obrazın sağında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin portreti təsvir olunub. Rəssam onun obrazını dövlətçilik tariximizə işarə edən rəmzi təsvirlərlə əhatə edir, lakin Prezidentin təsviri realistikdir, aydındır. Bu da Onun yolunun açıq-aydın olmasının, Zəfərimizin ədalətinin, Ali Baş Komandanın fərdi cəsarətinin, siyasi nüfuzunun, iradəsinin təzahürüdür.

Mərasimdə çıxış edən Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Binəli Yıldırım ötən ilin bu günlərində Azərbaycanda səfərdə olduğunu xatırladaraq deyib: “Həmin günlər İkinci Qarabağ müharibəsinin son günləri idi. Səfərimizdən üç gün sonra Şuşanın azad edildiyiQarabağ müharibəsinin Zəfərlə nəticələndiyi xəbərini böyük məmnuniyyətlə öyrəndik. Azərbaycanın qazandığı Zəfər, eyni zamanda, bizim də qələbəmizdir. Türkiyə xalqı, 84 milyon bacı və qardaşımız sizinlə birlikdə bu Zəfəri doya-doya yaşadı. Təbii ki, bu Qələbə asan qazanılmayıb, arxasında 30 illik bir hekayə var. Haqsız yerə, beynəlxalq konvensiyalara, qaydalara əməl etməyərək Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi, 1 milyona yaxın insanın doğma yurdlarından didərgin düşməsi Azərbaycanın qanayan yarası, kədəri idi. Mustafa Kamal Atatürkün söylədiyi kimi, “Qarabağın sevinci bizim sevincimiz, Qarabağın kədəri bizim kədərimizdir”. Otuzillik işğal dövrünü birlikdə yaşadıq. Bu günlər Azərbaycan paytaxtında “COVID-19-dan sonrakı dünyamövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir. Bu konfransda da qeyd etdiyimiz kimi, əgər Birləşmiş Millətlər Təşkilatı qlobal problemlərin həlli yollarını tapa biləcək bir struktur olsaydı, bu işğalın 30 il davam etməsi mümkün olmazdı. Qərarlar verilir, amma yerinə yetirilmir. Müəyyən heyətlər yaradılır, toplantılar keçirilir, “haqlısınız” deyirlər, amma nəticə yoxdur. Belə olan halda, Azərbaycan xalqı və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev “artıq bu məsələnin həllini uzatmaq lazım deyildedi. Nəhayət, Zəfərlə nəticələnən 44 günlük müharibə başladı. Müharibə zamanı bizsizin kimi eyni həyəcanı yaşadıq. Mənəvi dəstəyimizi, dualarımızı əskik etmədik, qardaşlarımızın Zəfəri üçün tək ürək olduq. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisi 44 günlük müharibədə ən gözəl formada təsdiqini tapdı. Bu müharibədə həyatını bayrağı, Vətəni, azanların susmaması üçün fəda edən bütün şəhidlərə bir daha Allahdan rəhmət diləyirəm. Məkanları cənnət, məqamları ali olsun. Qazilərə Allahdan şəfa və uzun ömür arzulayıram”.

Bu gün Azərbaycan xalqının bu möhtəşəm Zəfərin qürurunu ən gözəl şəkildə yaşadığını qeyd edən Binəli Yıldırım söyləyib: “Bizbu gün bu qürura ortaq olmaq üçün millət vəkilləri ilə birlikdə Azərbaycandayıq. Türkiyənin iqtidar partiyası olan Ədalət və İnkişaf Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələr gündən-günə inkişaf edir. Partiyalar birlikdə fəaliyyət göstərir, layihələr həyata keçirir, qarşılıqlı səfərlər təşkil olunur. Məqsəd Azərbaycan və Türkiyə xalqlarının qardaşlığını, əməkdaşlığını gücləndirmək, regionda artıq müharibə deyil, sülhü və rifahı təmin etməkdir. Gələn həftə İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü keçiriləcək. Prezident İlham Əliyev Türk Şurasına sədrliyi türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təhvil verəcək. Beləliklə, Türkiyə də bölgədə üzərinə düşən vəzifəni ən yaxşı şəkildə yerinə yetirəcək”.

Mərasimdə möhtəşəm əsərləri nümayiş etdirilən Xalq rəssamı Sakit Məmmədova təşəkkür edən AK Parti Sədrinin birinci müavini bu əsərlərin hər birinin dərin izahı olduğunu söyləyib. Onun fikrincə, bu, əslində, Azərbaycan və Türkiyə xalqlarının tarixinin kətan üzərində əksidir, keçmişdən gələcəyə mesajdır.

Daha sonra mərasim iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun “Qarabağnamə” əsəri və təqdim olunan digər əsərləri ilə tanış olublar.

 

 

Azərbaycan.-2021.- 6 noyabr.- S.8.