QDİƏT Parlament Məclisinin baş katibi Asəf
Hacıyev Milli Məclisin Sədri Sahibə
Qafarovaya Zəfər Günü
münasibətilə təbrik ünvanlayıb
Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı Parlament Məclisinin baş katibi Asəf
Hacıyev Milli Məclisin sədri Sahibə Qafarovaya 8 Noyabr – Zəfər
Günü münasibətilə təbrik ünvanlayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, məktubda İkinci Qarabağ müharibəsinin Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatması və nəticədə ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyi yazılıb. Əldə olunmuş Zəfərin Azərbaycan Prezidenti İlham Əliyevin uzun illər ölkəmizin ərazi bütövlüyü uğrunda apardığı qətiyyətli mübarizə, uğurlu diplomatik fəaliyyət və ordu quruculuğunun sayəsində mümkün olduğu vurğulanıb.
QDİƏT Parlament Məclisinin baş katibi hazırda Qarabağ bölgəsində bərpa və yenidənqurma işlərinin sürətlə həyata keçirildiyini söyləyərək, Füzuli Beynəlxalq Hava Limanının qısa zamanda tikilib istifadəyə verilməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, ölkə Prezidentinin rəhbərliyi ilə aparılan bütün bu quruculuq tədbirləri Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı dünyanın ən gözəl guşələrinə, ölkəmizin mənəvi və mədəni paytaxtına çevirir.
Asəf
Hacıyev Milli Məclisin sədri Sahibə
Qafarovanın rəhbərliyi ilə Azərbaycan Parlamentinin bu proseslərdə
və ümumiyyətlə dövlətimizin tərəqqisində
yaxından iştirak etdiyini
deyərək, Milli Məclisin sədrinə
və üzvlərinə səmimi arzularını
çatdırıb.
Azərbaycan.-
2021.- 12 noyabr.- S.2.