Kompleks quruculuq işləri iqtisadi gücün göstəricisidir

 

Muxtar respublikada hər il geniş quruculuq işləri aparılır, yaşayış məntəqələri müasir görkəmə qovuşur, insanların sosial-məişət şəraiti yaxşılaşdırılır. Həyata keçirilən quruculuq işləri Culfa rayonunu da əhatə edib. Bu gün istər Culfa şəhəri, istərsə də rayonun kəndləri müasir görkəmi ilə seçilir. Son illər tikilən yeni yaşayış və inzibati binalar, çəkilən yollar, istehsal və xidmət sahələrinin yaradılması, yerlərinin açılması Naxçıvanın Şərqə açılan qapısı olan Culfada məskunlaşmanı daha da artırıb, insanların rifahı yaxşılaşıb.

 

Culfa Rayon GigiyenaEpidemiologiya Şöbəsi və 5 dövlət qurumu müasir binada fəaliyyət göstərəcək

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 11-də Culfa şəhərində yeni inzibati bina istifadəyə verilib, GigiyenaEpidemiologiya Şöbəsi və digər dövlət qurumları üçün hərtərəfli şəraiti yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, iki mərtəbədən ibarət olan binada 6 təşkilat fəaliyyət göstərəcək. Binanın birinci mərtəbəsində bələdiyyə, Dövlət Notariat KontoruCulfa Rayon Qeydiyyat Şöbəsi üçün otaqları ayrılıb. Binanın ikinci mərtəbəsində Culfa Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsinin hər birinə 4 otağı və arxiv, binanın birinciikinci mərtəbələrində isə Culfa Rayon Statistika İdarəsi üçün otaqları nəzərdə tutulub.

Yenidən qurulmuş binada Culfa Rayon GigiyenaEpidemiologiya Şöbəsi üçün müasir şəraiti yaradılıb, 20 otaq ayrılıb. Burada bakteriolojiparazitoloji laboratoriyalar fəaliyyət göstərir. İşin keyfiyyətini artırmaq üçün şöbə nitratometr, radiasiya ölçmək üçün dozimetr, PH-metr, termohiqrometr, binokulyar mikroskop, quruducu şkaf, soyuducu və digər köməkçi tibbi ləvazimatlarla təmin edilib. Bu ilin ötən dövründə şöbə tərəfindən rayon üzrə 3048 obyektdə 872 min kvadratmetr sahə, 242 obyektdə 67 min kvadratmetr sahə dezinseksiya olunub, bakterioloji laboratoriyada 2202 bakterioloji, parazitoloji laboratoriyada isə 1666 parazitoloji müayinələr aparılıb.

Bildirilib ki, Culfa Rayon GigiyenaEpidemiologiya Şöbəsinə dezinfeksiya tədbirlərinin daha keyfiyyətlə icra olunmasında vaxt itkisinin qarşısının alınması, avtomaks və dezinfektantların rahat daşınması üçün 8 nəfərlik işçi heyətinin, eyni zamanda istifadə edə biləcəyi “Changan” markalı avtomobil verilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini, GigiyenaEpidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva minnətdarlıq edərək deyib: “Muxtar respublikada sanitar-epidemioloji xidmətin yenidən qurulması islahatları başa çatdırılıb. Son bir il ərzində GigiyenaEpidemiologiya Mərkəzi, onun Ordubad, Şərur, ŞahbuzCulfa Rayon GigiyenaEpidemiologiya şöbələri yenidən qurularaq müasir tibbitexniki avadanlıqlarla təchiz edilib. Yaradılan şərait imkan verir ki, həmin şöbələr istənilən fəsildə yüksək səviyyədə fəaliyyət göstərsin”.

Həkim Hüseyn Əzimov kollektiv adından minnətdarlıq edib, bundan sonra da yaradılan şəraitə uyğun fəaliyyətlərini quracaqlarını bildirib.

Binanın ətrafında abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

Ali Məclisin Sədri gigiyenaepidemiologiya tədbirlərinin əhəmiyyətini vurğulayıb, əhalinin maarifləndirilməsi, dezinfeksiya işlərinin davam etdirilməsi, GigiyenaEpidemiologiya şöbələrinin baytarlıq xidməti ilə qarşılıqlı fəaliyyətinin təşkili barədə tapşırıqlar verib.

 

Culfa şəhərində yenidənqurma işləri aparılıb

 

Culfa şəhərindəki E.Nağıyev küçəsi və ona bitişik C.Məmmədquluzadə, Ş.İ.Xətai və M.Müşfiq küçələrində əsaslı yenidənqurma işləri aparılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov görülən işlərlə tanış olub.

Məlumat verilib ki, küçələri əhatə edən 3,4 kilometrlik avtomobil yolu yenidən qurularaq asfalt örtük salınıb, yol üzərində 800 metr beton su kanalı çəkilib, 3170 metr səki salınıb. Yenidənqurma işləri zamanı 22 işıqlandırma dirəyi quraşdırılıb, 4230 metr hava elektrik verilişi xətləri yeraltı kabel xətləri ilə, 1000 metr məftil elektrik xətləri izolyasiyalı kabellərlə əvəz edilib, 922 metr qaz və 2590 metr rabitə xətti çəkilib.

Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev yaradılan şəraitə görə rayon ictimaiyyəti adından minnətdarlıq edib.

Culfa şəhərində yaşayış binası istifadəyə verilib

Noyabrın 11-də Culfa şəhərində yaşayış binası yenidənqurmadan sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, üçmərtəbəli binada 18 mənzil vardır. Mənzillərdən 12-si üç, 6-sı isə ikiotaqlıdır. Üçotaqlı mənzillərin ümumi sahəsi 90, ikiotaqlı mənzillərin ümumi sahəsi isə 62 kvadratmetrdir. Fərdi istilik sistemi ilə qızdırılacaq mənzillərdə müasir kommunal şərait yaradılıb.

Binanın ətrafında abadlıq işləri aparılıb, işıqlandırma dirəkləri quraşdırılıb, yaşıllıqlar salınıb, uşaq əyləncə yeri yaradılıb.

Ali Məclisin Sədri yaradılanların qorunması barədə tapşırıq verib.

 

* * *

 

Həmin gün Ali Məclisin Sədri Culfa Rayon İcra Hakimiyyəti binasının yenidən qurulması və Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün tikiləcək yeni binanın layihələrinə baxıb, müvafiq tapşırıqlar verib.

 

Azərbaycan.- 2021.-12 noyabr.- S.4.