“Heydər Əliyev və Azərbaycan tarixi”
VII Ümumrespublika Bilik
Yarışı keçirilib
Noyabrın 12-də “Heydər Əliyev və Azərbaycan tarixi” VII Ümumrespublika Bilik Yarışı keçirilib. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə tələbələrin bilik yarışına hazırlığını əks etdirən videoçarx nümayiş edilib.
Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” VII Ümumrespublika Bilik Yarışında 48 ali təhsil ocağı təmsil olunub.
Diqqətə çatdırılıb ki, 2014-cü ildən ənənəvi təşkil edilən bilik yarışı gənclərin Azərbaycan tarixinə dair biliklərinin dərinləşdirilməsi, intellektual vərdişlərinin inkişafı məqsədi daşıyır. Builki yarış eyni zamanda Vətən müharibəsində əldə olunan şanlı Zəfər tarixinə həsr edilib.
Yarış ərəfəsində komandaların müsabiqəyə hazırlığı məqsədilə Heydər Əliyev Muzeyinə ziyarətləri təşkil olunub. Bununla yanaşı, noyabrın 6-da bilik yarışının iştirakçı komandaları üçün təlim keçirilib. Heydər Əliyev Mərkəzində təşkil edilən təlimin məqsədi Vətən müharibəsi və şanlı Zəfər tarixinin öyrənilməsi olub.
Bilik yarışı 3 turdan ibarət olub. Hər turda
12 sual cavablandırılıb.
Suallar komandalara əvvəlcədən
təqdim olunan mövzular əsasında tərtib edilib.
“Regional İnkişaf” İctimai
Birliyinin könüllülərinin
dəstəyi ilə keçən yarışda
iştirakçı komandalar
Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin həyatı, çoxşaxəli
fəaliyyəti, irsi,
eləcə də Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin rəhbərliyi
ilə torpaqlarımızın
Ermənistanın işğalından
azad olunması uğrunda aparılmış
Vətən müharibəsi
və Zəfər tarixi ilə bağlı mövzuları
əhatə edən sualları cavablandırıblar.
Turların sonunda ümumi qiymətləndirmə üzrə
3 qalib komanda müəyyən edilib.
Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndələri
təmsil olunublar.
Bilik yarışında
Dövlət Təhlükəsizliyi
Xidmətinin Heydər
Əliyev adına
Akademiyasının komandası
birinci, Daxili İşlər Nazirliyinin
Polis Akademiyasının komandası
ikinci, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası üçüncü yerə
layiq görülüb.
Qaliblərin mükafatlandırılması ilə yanaşı, komandaların hər bir üzvünə Heydər Əliyev Mərkəzi adından iştirakçı sertifikatları
təqdim olunub.
Yarışın qalibi olan Dövlət Təhlükəsizliyi Xidmətinin
Heydər Əliyev adına Akademiyasının
komandasının üzvü
təəssüratını bölüşərək deyib:
“Bilik yarışına
hazırlaşmağımızda bizə şərait yaradan akademiyanın rəhbərliyinə və
müəllim heyətinə
təşəkkürümüzü bildiririk. Yarış çətin olsa
da, çox yaxşı hazırlaşdığımız
üçün suallara
cavab verə bildik və qalib olduq”.
Ümummilli Lider Heydər Əliyevə həsr olunan bilik yarışında iştirak etməyin çox qürurverici olduğunu söyləyən
Daxili İşlər
Nazirliyinin Polis Akademiyasının
komandasının üzvü
Elşad Babayev gərgin mübarizə şəraitində keçən
yarışmada uğur
əldə etdiklərinə
və ikinci yerə layiq görüldüklərinə görə
çox sevindiyini bildirib.
Azərbaycan.- 2021.- 13 noyabr.- S.5.