“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il  28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədəAzərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 12, maddə 1144) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında 1-ci hissədəAzərbaycan Respublikası Silahlı QüvvələrininsözləriAzərbaycan Ordusununsözləri ilə əvəz edilsin.

2. Preambulanın üçüncü abzasındasilahlı qüvvələrdəsözləriAzərbaycan Ordusundasözləri ilə əvəz edilsin.

3. 2-ci hissəsinin ikinci - səkkizinci abzasları aşağıdakı redaksiyada verilsin:

 

Komissiyanın sədri

 

Azərbaycan Respublikasının maliyyə naziri

 

Komissiyanın üzvləri:

 

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsi müdirinin müavini.”.

4. Aşağıdakı məzmunda 3-1-ci, 3-2-ci  3-3-cü hissələr əlavə edilsin:

“3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçünqüsursuz xidmətmüddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur.

3-2.  Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir:

3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti;

3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti;

3-2.3. məhkumluğun olduğu müddət.

3-3. Azərbaycan Ordusunun 20 təqvim ili daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.”.

5.  4-cü hissədəMaliyyə Nazirliyisözlərindən sonraKomissiyanın katibliyi funksiyalarını həyata keçirsin sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 noyabr 2021-ci il

 

Azərbaycan.- 2021.- 16 noyabr.- S.2.