Rusiyalı politoloqlar: “Cənubi Qafqaz bir ildir yeni
reallıqlar mühitində yaşayır”
Cənubi Qafqaz bir ildir yeni reallıqlar mühitində yaşayır. Bu reallıqların regiona dayanıqlı sülhlə bərabər, dinamik iqtisadi inkişaf gətirəcəyinə böyük inam var. Şuşada müşahidə etdiklərimiz onu deməyə imkan verir ki, Azərbaycan bölgədə sülh yaratmaqla bərabər, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərini uğurla aparır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Şuşaya səfərlərinin təəssüratları ilə bağlı keçirilən mətbuat konfransında Rusiya Federasiyasından olan politoloqlar səsləndiriblər.
Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko, Rusiya Federasiyasının Əməkdar həkimi, Rusiya Federasiya Şurası sədrinin keçmiş müavini və LDPR-dən Dövlət Dumasının deputatı, parlamentin müdafiə və digər məsələlər Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyovdan ibarət nümayəndə heyəti iki gün ərzində Şuşa şəhərinə səfər edib, Azərbaycanın qədim mədəniyyət mərkəzində, 29 ilə yaxın erməni işğalında qalan bu şəhərdə gedən quruculuq işləri ilə tanış olublar.
Mətbuat
konfransını açan Sergey
Markov Qarabağa səfərin
məqsədinin Şuşada keçirilən
beynəlxalq konfransda iştirak
etməklə bərabər, burada postkonflikt vəziyyətlə yaxından
tanış olmaq olduğunu
bildirib. Nümayəndə
heyətinin Şuşada olduğu
gün erməni tərəfin törətdiyi
təxribatın şahidi olduğunu
deyən Sergey Markov terrora dəstək verən qüvvələrin
regionda sülh
yaranmasında maraqlı olmadığını diqqətə
çatdırıb. Bu cür aktların Laçın dəhlizinin
bağlanmasına gətirib çıxara biləcəyini deyən
S.Markov belə olacağı təqdirdə,
məsuliyyətin qarşı tərəfin
daşıyacağına şübhə etmədiyini
vurğulayıb. Dünyanın İlham
Əliyevin siyasi müdrikliyinə
inandığını bildirən politoloq
XXI əsrin müharibəsindən qalib
çıxan Silahlı Qüvvələrin Ali
Baş Komandanının sərkərdəlik
keyfiyyətlərinin yüksək qiymətləndirildiyini bildirib.
Azərbaycan.-
2021.- 16 noyabr.- S.6.