İqor Korotçenko: “Şuşa yaxınlığında törədilən
terror aktı beynəlxalq terrorizmin
bir həlqəsidir”
Noyabrın 13-də Şuşa yaxınlığında törədilən terror aktı beynəlxalq terrorizmin bir halqasıdır. Ermənistan vətəndaşının şəxsində törədilən bu terror aktına görə Ermənistanın hakimiyyət orqanlarının məsuliyyət daşıdığı birmənalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Şuşa səfərinin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Korotçenko
qeyd edib ki, terror aktını
törədən şəxsin əməllərinə hüquqi qiymətin verilməsi üçün onun Azərbaycan
və ya Rusiya istintaq orqanlarına təhvil verilməsi zəruridir.
Bu addım Ermənistan hakimiyyətinin
bölgədə dayanıqlı sülhün
yaranması istəyinin ifadəsi ola bilər.
Azərbaycan.-
2021.- 16 noyabr.- S.6.