Türkiyəli professor: “Azərbaycanın əzəmətli Qələbəsi
bütün türk
dünyasını sevindirir”
İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin tarix bölməsinin Türkiyə Cümhuriyyəti tarixi şöbəsinin müdiri professor Cezmi Eraslan və müəllim heyəti Zəfər Günü münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu ünvanlayıb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, türkiyəli müəllimlər Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və vəhşiliyinin şahidi olduqlarını təəssüflə qeyd edib, xalqımızın qazandığı Qələbəni böyük sevinc hissi ilə qarşıladıqlarını söyləyiblər. Vurğulayıblar ki, onlar bu günədək olduğu kimi, bundan sonra da Azərbaycanın tarixini və möhtəşəm Zəfərini tələbələrə tədris edəcək, geniş ictimaiyyətə çatdıracaqlar.
Təbrikdə Azərbaycanın
əzəmətli Qələbəsinin bütün
türk dünyasını sevindirdiyi vurğulanıb. Prezident
İlham Əliyevin rəhbərliyi ilə
qazanılan böyük Zəfərin ildönümü münasibətilə Azərbaycan
xalqına və Milli Məclisin bütün deputatlarına təbriklər ifadə
olunub.
Azərbaycan.-
2021.- 14 noyabr.- S.2.