Türkiyə Böyük Millət
Məclisinin deputatı Şamil Ayrıma
“Fəxri kooperator” döş
nişanı və “Fəxri professor”
adı verilib
Azərbaycan Kooperasiya Universitetində
Türkiyə Böyük Millət Məclisinin deputatı,
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun
rəhbəri Şamil Ayrıma Azərbaycan Mərkəzi
Kooperativlər İttifaqının “Fəxri kooperator”
döş nişanının və Azərbaycan Kooperasiya
Universitetinin “Fəxri professoru” adının verilməsi ilə
bağlı tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Milli Məclisinin deputatlarının, eləcə də Türkiyə Böyük Millət Məclisinin deputatlarının, Kooperasiya Universitetinin professor-müəllim heyətinin, tələbələrin iştirak etdiyi tədbirdə ilk olaraq Türkiyə Respublikasının və Azərbaycan Respublikasının prezidentlərinin çıxışlarından ibarət Türkiyə-Azərbaycan qardaşlığını əks etdirən video nümayiş olunub.
Sonra Milli Məclisin deputatı, Azərbaycan - Türkiyə parlamentlərarası işçi qrupunun üzvü, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru professor Eldar Quliyev bildirib ki, Azərbaycan–Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuliyə səfəri çərçivəsində səsləndirilən fikirlər, infrastruktur obyektlərinin açılış mərasimləri, daha əvvəl imzalanmış Şuşa Bəyannaməsi bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlib.
Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan–Türkiyə münasibətləri daim güclənir. Eyni soy-kökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı ənənələrə malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır.
Sonra Kooperasiya Universitetinin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru professor Aygün Quliyeva Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının və Azərbaycan Kooperasiya Universitetinin Elmi şurasının qərarlarını mərasim iştirakçılarının diqqətinə çatdırıb.
“Fəxri
kooperator” döş nişanını və “Fəxri professor” diplomunu Şamil Ayrıma rektor professor Eldar Quliyev təqdim edib.
Mərasimdə iştirak
edən Milli Məclisin deputatları, Azərbaycan-Türkiyə parlamentlərarası
işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov, Azərbaycan -Türkiyə
parlamentlərarası işçi
qrupunun üzvü,
professor Eldar İbrahimov
və Türkiyə Böyük Millət Məclisinin deputatları
professor Yunus Kılıç,
Yılmaz Tunç çıxış edərək
öz təbriklərini
çatdırıblar.
Sonda Türkiyə-Azərbaycan parlamentlərarası
dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxış
edərək göstərilən
diqqətə və qonaqpərvərliyə görə
minnətdarlığını bildirib. Vurğulayıb ki, Türkiyə
ilə Azərbaycan əsrlər boyu
adları daim yan-yana
çəkilən iki qardaş
ölkədir. Bütün dünya üçün
nümunə olan bu
qardaşlıq hər iki dövlətin ən
çətin günlərində özünü
daha çox büruzə
verib. Bu, türk və dünya
tarixində ən qanlı müharibələrdən biri kimi iz
qoyan Çanaqqala
savaşında da, Azərbaycan tarixinə
unudulmaz səhifə kimi
həkk olunmuş Bakının erməni-bolşevik
işğalından azad edilməsində
də, dünya hərb tarixinə
qızıl hərflərlə yazılan Azərbaycanın
44 günlük Vətən müharibəsində
də belə olub.
Azərbaycan.-
2021.- 14 noyabr.- S.2.