Postmüharibə dövründə hər uğurumuz düşmən üzərində daha bir qələbədir

 

Müqəddəs qələbəmiz özünü yenilməz sayan düşməni darmadağın etməklə yanaşı, zəfər iqtisadiyyatı deyilən bir ifadənin yaranmasını da labüd etdi. Belə ki, qələbədən sonra hər gün Azərbaycan iqtisadiyyatı fərqli bir tərzdə yüksək texnologiyaların tətbiqinə, müasir dünya təcrübəsinə söykənərək irəliyə doğru inkişaf etməkdədir. Öz adını bəşər tarixinə qalib kimi həkk edən Azərbaycan böyük inamqürurla quruculuq işlərini davam etdirir.

 Yenilməz sərkərdə Prezident İlham Əliyev qüdrətli Azərbaycan Ordusunun gücü ilə erməni faşizmini necə məhv etdisə, eləcə də yorulmayan bir  islahatçı ruhu ilə zəfər iqtisadiyyatının təməli üzərində yeni hədəflərə - inkişafa, intibaha, tərəqqiyə istiqamət götürmüşdür. Azərbaycanda tarixi zəfərin qazanılması üçün onilliklər ərzində böyük işlər görülmüşdür. Müharibənin başa çatması regionda yeni reallıqları gündəmə gətirmiş, Azərbaycan ardıcıl olaraq sülhiqtisadi təşəbbüslərlə çıxış edən dövlət kimi regionda güc mərkəzinə çevrilmişdir. Ekspertlər belə hesab edirlər ki, bu təşəbbüslər reallaşdıqca dövlətimizin nüfuzu artır, gələcəkdə onun qlobal gücə çevrilmək şansları artır.

Son 18 ilin göstəriciləri belə qənaətə gəlməyə imkan verir ki, makroiqtisadi sabitliyə nail olan Azərbaycan innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu ilə bağlı qarşıya qoyulan bütün məqsədlərə nail ola bilmışdır. Bu müddət ərzində ölkə iqtisadiyyatına daxilixarici mənbələrdən 274 milyard dollar investisiya yönəldilməsi, strateji valyuta ehtiyatlarının mütəmadi olaraq artması və son olaraq 53 milyard dolları üstələməsi xüsusi əhəmiyyət kəsb edən iqtisadi amillərdir.

Prezident İlham Əliyev qeyd etmişdir ki, bizim siyasi müstəqilliyimizin, o cümlədən xarici siyasətdə apardığımız prinsipial mövqeyin əsas baza prinsipi iqtisadi müstəqilliyimizin təmin olunmasıdır. Məhz belə bir iqtisadi kursun sayəsində bu gün ölkəmiz iqtisadisiyasi baxımdan heç bir dövlətdən asılı deyil: “Azərbaycan xalqının maraqlarını, dövlət maraqlarını bütün beynəlxalq tribunalardan müdafiə etmək üçün əlbəttə ki, bizim iqtisadi imkanımız olmalıdır”.

Dövlət başçısı iqtisadi islahatların sürətləndirilməsi ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizə Böyük qayıdışın ən yüksək səviyyədə təmin edilməsi üçün bütün dünyanı heyrətə gətirən addımlar atır. Onun imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmandakı yeni bölgüyə 14 iqtisadi rayon sırasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının da adı salınmışdır. Zəngəzur dəhlizinin açılması, kommunikasiya xətlərinin bərpası sülhün gücləndirilməsini, region dövlətləri arasında çoxşaxəli iqtisadi əlaqələrin inkişafını stimullaşdıran amillərdəndir.

Zəfər iqtisadiyyatında önəm verilən ən vacib sahələrdən biri innovasiyamüasir dünya təcrübəsinin tətbiqidir. Prezidentin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində yaradıcı və innovativ cəmiyyət quruculuğu prioritet istiqamət kimi göstərilir. Təhlükəsiz və səmərəli rəqəmsal transformasiya innovasiyaların inkişafının aparıcı qüvvəsidir. Ölkədə rəqəmsallaşma informasiyakommunikasiya texnologiyaları  sahəsində müasir texnologiyaların tətbiqi modernizasiyasının inkişafını təmin edir, Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsi üçün zəmin yaradır.

Dövlət qurumları arasında olan münasibətlərin virtual məkana keçirilməsi də qarşıda duran vacib məsələlərdəndir. Prezident İlham Əliyevin Azərbaycanda rəqəmsal transformasiyanın konsepsiyasının hazırlanması ilə bağlı verdiyi tapşırığa uyğun olaraq 2024-cü ilin sonuna qədər Azərbaycanda ən ucqar kənd belə genişzolaqlı internetlə təmin ediləcək.

Postmüharibə dövründə diqqət yetirilən məqamlardan biri də yüksək tələblərə cavab verən insan resurslarının yetişdirilməsi, kibertəhlükəsizlik məsələlərinin ön plana çəkilməsidir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ötən dövr ərzində ölkə iqtisadiyyatının 3 dəfədən çox artdığını bildirir: “2016-cı ildə Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş Strateji Yol Xəritələrinin uğurla icra olunması sosial-iqtisadi gücümüzü daha da artırır. Artıq Azərbaycan Avrasiya məkanında önəmli rola malik dövlətə çevrilməkdədir”.

Ölkəmizin beynəlxalq nüfuzunun artmasında 44 günlük Vətən müharibəsinin rolu danılmazdır. Bu möhtəşəm zəfərin qazanılmasında iqtisadi gücümüz əsas rol oynamışdır. Bu müharibədə azğın düşmən Azərbaycan iqtisadiyyatına nə qədər ağır zərbələr endirdi. Lakin qazanılan qələbə iqtisadi inkişafımız üçün yeni perspektivlər açır, qarşıdakı hədəflərə daha sürətlə və qısa yollarla nail olmağa imkan yaradır.

44 günlük müharibədə nəinki Azərbaycanın, hətta bütün dünyanın hərb tarixində görünməmiş yeni döyüş modelləri tətbiq edildi. Dünyanın aparıcı dövlətlərinin hərbi ekspertləri Azərbaycan Ordusunun apardığı unikal və bənzərsiz hərbi əməliyyatları bütün incəliklərinədək öyrənir, təhlil ediröz ordularında təxirəsalınmaz islahatların aparılmasının vacibliyini vurğulayırlar. Bu müharibə dünyanın bizə münasibətini dəyişdi, həmçinin hər bir Azərbaycan vətəndaşı daxilən, mənən dəyişdi. Məhz qələbənin belə qürurlu məqamları bizə bütün istiqamətlərdə inamla inkişaf etməyə imkan verir. Qələbənin ardınca Prezident İlham Əliyev yubanmadan yeni inkişaf modelləri təqdim etdi və sürətlə onların icrasına başladı. “Ağıllı kənd”, “ağıllı şəhər”, “yaşıl enerji” və “ağılı kənd təsərrüfatı” konsepsiyaları irəli sürüldü və onların icrasına rəvac verildi. Müharibədən çıxan ölkə elə genişmiqyaslı islahatlara start verdi ki, Qarabağ bir ilin ərzində  müasir innovasiya mərkəzinə çevrildi.

Faktiki olaraq biz düşmən üzərində bir dəfə qələbə çalmışıq. Amma uğurlarımız bizə imkan verir ki, hər gün mənfur düşmən üzərində qələbə çaldığımızı deyək.  

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2021.- 14 noyabr.- S.4