Azərbaycanı parlaq Qələbəyə aparan yol

 

Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi AZƏRTAC-ın bu ölkə üzrə xüsusi müxbiri Vüqar Ağayevin Azərbaycanın Vətən müharibəsində Qələbəsinin səbəblərindən bəhs edən məqaləsini yayıb.

AZƏRTAC xəbər verir ki, “Azərbaycanı parlaq Qələbəyə aparan yoladlı məqalədə Vətən müharibəsində böyük Qələbənin əldə olunmasında, 30 ilə yaxın bir dövrdə Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərin azad edilməsində Azərbaycan rəhbərliyinin müstəqil dövlət siyasəti yeritməsinin beynəlxalq səviyyədə etibarlı tərəfdaşa çevrilməsinin mühüm rol oynadığı xüsusi vurğulanır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan sosial-iqtisadi siyasət, geniş quruculuq işləri, qlobal əhəmiyyətli layihələr, müasir tələblərə cavab verən ordu quruculuğu barədə ətraflı məlumat verilir.

Müəllif şəxsən şahidi olduğu hadisələrdən nümunələr gətirərək, cəmi 44 gün davam edən Vətən müharibəsində möhtəşəm Qələbənin əldə olunmasında görülən bu işlərin mühüm rol oynadığını qeyd edir. Malayziyalı oxuculara 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin 2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti barədə ətraflı məlumat verir. Qeyd edir ki, ölkə iqtisadiyyatının bərpasına inkişafına yönəldilmiş strateji inkişaf xətti, dünyanın aparıcı şirkətlərinin qatıldığı nəhəng qlobal layihələr, daxildə həyata keçirilən böyük quruculuq işləri nəinki Azərbaycanı regionun lider dövlətinə çevirdi, həmçinin xarici havadarlarının dəstəyinə arxalanaraq işğalçılıq siyasəti yeridən Ermənistanın hegemonluğuna son qoydu.

Məqalədə vurğulanır ki, Azərbaycan rəhbərliyi mühüm iqtisadi irəliləyişə nail olmaqla yanaşı, eyni zamanda yalnız ölkə vətəndaşlarını deyil, həmçinin bütün dünyada yaşayan azərbaycanlıları bir yumruq kimi sıx birləşdirdi. Bütün bu amillər - güclü iqtisadiyyat, nüfuzlu lider, ən müasir silahlarla təchiz edilmiş ordu, milli birlik Vətəni üçün canından keçməyə hazır olan gənc nəslin yetişdirilməsi bu gün bütün dünyanın heyranlıqla bəhs etdiyi möhtəşəm Qələbənin əldə olunmasına mühüm zəmin yaratdı.

Məqalədə Azərbaycan rəhbərliyinin bu gün azad edilmiş torpaqlarda apardığı böyük yenidənqurma bərpa işlərinə, ermənilərin xarabazarlığa çevirdiyi ərazilərdəağıllışəhər kəndlərin salınmasına, müasir infrastrukturun yaradılmasına xüsusi diqqət yetirdiyi barədə ətraflı bəhs olunur.

 

Azərbaycan.- 2021.-14 noyabr.- S.8.