“Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat
üzrə Dövlət Mükafatları Komissiyasının
tərkibi və Əsasnaməsinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Azərbaycan Respublikasının
Əmək Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2021-ci il 29 oktyabr tarixli 389-VIQD nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikasının Elm, mədəniyyət
və ədəbiyyat
üzrə Dövlət
Mükafatları Komissiyasının
tərkibi və Əsasnaməsinin təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2010, ¹ 2, maddə 76; 2012, ¹ 11, maddə 1087; 2013, ¹ 12, maddə
1515) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında
“Elm,” sözündən sonra
“texnika, memarlıq,” sözləri əlavə
edilsin və “tərkibi və” sözləri çıxarılsın;
1.2. 1-ci hissədən
“tərkibi və” sözləri çıxarılsın;
1.3. həmin
Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm, texnika,
memarlıq, mədəniyyət
və ədəbiyyat
üzrə Dövlət
Mükafatları Komissiyasının
Əsasnaməsi”nin 7-ci hissəsində
“Respublika günü”
sözləri “Müstəqillik
Günü” sözləri
ilə əvəz edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu Fərmandan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
16 noyabr 2021-ci il
Azərbaycan.- 2021.- 17 noyabr.- S.2.