Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli 3657 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında
çəltikçiliyin inkişafına dair
2018-2025-ci illər üçün
Dövlət Proqramı”nda, 2018-ci il 12 fevral tarixli 3660 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasında çayçılığın
inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nda,
2018-ci il 13 fevral tarixli 3668 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan
Respublikasında sitrus meyvəçiliyinin
inkişafına dair 2018-2025-ci illər üçün
Dövlət Proqramı”nda və
2020-ci il 16 mart tarixli 1941 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş “Yerin təkinin
geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli
istifadəyə dair 2020-2024-cü illər
üçün Dövlət
Proqramı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli 3657 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 2, maddə 260, ¹ 11, maddə 2287; 2019, ¹ 5, maddə 909) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın 2-ci hissəsinin birinci abzasının altıncı cümləsində “Lənkəran və Aran” sözləri “Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 fevral tarixli 3660 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 2, maddə 263, ¹ 11, maddə 2287; 2019, ¹ 4, maddə 698, ¹ 5, maddə 909) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın 2-ci hissəsinin ikinci abzasında “Lənkəran” sözü “Lənkəran-Astara” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 fevral tarixli 3668 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 2, maddə 271, ¹ 11, maddə 2287; 2019, ¹ 5, maddə 909) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın 2-ci hissəsinin birinci abzasında “Lənkəran” sözü “Lənkəran-Astara” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli 1941 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 3, maddə 323) ilə təsdiq edilmiş “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 8.1.1-ci yarımbənddə “Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad (bundan sonra Lənkəran iqtisadi rayonu) rayonları ərazilərinin” sözləri “Lənkəran-Astara iqtisadi rayonu ərazisinin” sözləri ilə əvəz edilsin.
4.2. 8.1.2-8.1.4-cü və 8.5.3-cü yarımbəndlərdə “Lənkəran” sözü “Lənkəran-Astara” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 noyabr
2021-ci il
Azərbaycan.- 2021.- 17 noyabr.- S.2.