Qalib lider
İlham Əliyevin
Zəfəri türkdilli
dövlətlərin birliyinin
daha da möhkəmlənməsinə
mühüm töhfə
verib
“...Bu, Qarabağın
azad edilməsi işində göstərdiyim
səylərə və
türk birliyinin daha da güclənməsi
işinə töhfələrimə
görə verilir. Bu,
türk dövlətləri
tərəfindən mənim
işimə, mənim
fəaliyyətimə verilən
çox yüksək
mükafatdır, yüksək
qiymətdir...”
Bəli, Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının noyabrın
12-də İstanbulda keçirilən
VIII Zirvə Görüşü
zamanı Prezident İlham Əliyev Türk Dünyasının
Ali Ordeninə 30 ilə
yaxın davam edən işğala “dəmir yumruq”la bir həmlədə son qoyması, bu qətiyyətli zərbəsi ilə 100 ildir ki, xarici
məkrli qüvvələr
tərəfindən türk
dünyası arasına
zorla pərçim edilmiş süni “erməni səddi”ni darmadağın etməsi səbəbindən layiq görülüb. İlham Əliyev
44 günlük Vətən
müharibəsi zamanı
əldə etdiyi parlaq Zəfərlə həm də tarixən var olan türk birliyinin etnosiyasi coğrafiyasını bərpa
etdi. Azərbaycan Prezidentinin qətiyyəti,
əzmi, siyasi iradəsi ilə qazanılan bu şanlı qələbə
türk birliyinin daha da güclənməsi
üçün yeni yollar açan möhtəşəm tarix
kimi türk dünyasının salnamələrinə
qızıl hərflərlə
yazıldı.
Bu qələbənin
reallıqları türk
coğrafiyasını daha
da sıx birləşdirəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dünyasının
Ali Ordenini əbədi
türk birliyinin yeni və möhkəm
təməllərini atan
İlham Əliyevə
təqdim edərkən
Müzəffər Ali Baş
Komandan deyə müraciət edərək
söylədi ki, “qətiyyətli rəhbərliyinizlə
Qarabağda təxminən
otuz il davam
edən işğala
44 gün kimi qısa müddətdə
son qoyulub. Bu, təkcə
azərbaycanlı qardaşlarımız
üçün deyil,
bütün türk dünyası üçün
böyük əhəmiyyət
daşımaqdadır”.
2020-ci il sentyabrın 27-də başlayan
və noyabrın 10-da
işğalçı Ermənistanın
kapitulyasiya aktı imzalaması ilə başa çatan 44 günlük Vətən müharibəmiz Azərbaycanın
ərazi bütövlüyünü
yenidən təmin etməsi, eyni zamanda türk dünyasının birliyini
və bərabərliyini
genişləndirməsi baxımından
həqiqətən müstəsna
əhəmiyyətə malik
oldu.
Xüsusilə də regional mənada nəqliyyat və logistika sahəsində bütün bölgə üçün yeni imkanlar yaradacaq və Naxçıvanı
doğma Azərbaycanla
birbaşa əlaqələndirəcək
Zəngəzur dəhlizi
həm də türk dünyasını
bir-birinə bağlayacaq
möhtəşəm layihə
oldu. Bu məsələ ilə
bağlı Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının VIII Zirvə
Görüşündə İlham Əliyev söyləmişdi ki, bu, bizi Avropaya
bağlayan koridor olacaq: “Zəngəzur koridoru ilə bağlı Naxçıvan
zirvəsində açılış
nitqi demişdim. O zaman demişdim ki, 1920-ci ildə sovet rəsmiləri Azərbaycanı parçalamış,
Zəngəzurun bir hissəsini Ermənistana vermiş və bu şəkildə türk dünyasını
bölmüşdülər. Bu gün türk
dünyası coğrafiyasını
nəqliyyat və logistika layihələri sayəsində təkrar birləşdiririk. Bu coğrafiya artıq bu gün parçalanmış
halından təkrar birləşdirilmiş halına
qayıdır”.
Türkdilli dövlətlər
arasında əməkdaşlığın
inkişafı ölkəmizin
xarici siyasətinin prioritetlərindəndir
Hələ 2019-cu ildə
Bakıda keçirilmiş
Türk Şurasının
VII Zirvə Görüşündə
də Prezident İlham Əliyev bəyan etmişdi ki, türkdilli dövlətlər arasında
əməkdaşlığın inkişafı respublikamızın
xarici siyasətinin prioritet istiqamətlərindən
biridir və sədrliyi qəbul edən Azərbaycan türkdilli dövlətlər arasında
əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində
öz səylərini
göstərəcək.
Türk Şurasına sədrliyi dövründə Azərbaycan
türk dövlətləri
arasında əlaqələrin
daha da genişlənməsi,
dərinləşməsi istiqamətində
təşəbbüslərlə çıxış etdi. Azərbaycanın
sədrliyinin dünyanı
çənginə alan COVID-19 pandemiyası
dövrünə təsadüf
etməsinə baxmayaraq,
ölkəmiz türkdilli
dövlətlər arasında
həm ikitərəfli,
həm də çoxtərəfli səviyyələrdə
dostluq və əməkdaşlıq əlaqələrinin
daha da möhkəmləndirilməsi,
habelə Türk Şurasının dünyada
nüfuzunun daha da artırılması istiqamətində səylər
göstərdi.
Azərbaycanın sədrliyi dövründə
təşkilat çərçivəsində
mövcud əməkdaşlıq
istiqamətlərinə əlavə
olaraq, səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika,
media, prokurorluq, ədliyyə
və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri
quruldu.
2020-ci il aprelin 10-da isə Prezident İlham Əliyevin təşəbbüsü
ilə Türk Şurasının COVID-19 pandemiyasına
həsr olunmuş fövqəladə Zirvə
görüşü keçirildi.
Bu görüş dövlət və hökumət başçıları
səviyyəsində pandemiyaya
həsr olunmuş və videokonfrans vasitəsilə təşkil
edilmiş ilk beynəlxalq
tədbir oldu.
Bütün türk
dünyasının sevinci
İlham Əliyevin səyləri nəticəsində bu gün ən yüksək əməkdaşlıq
zirvəsinə qalxan türk birliyinin vacibliyi və əhəmiyyəti Vətən
müharibəmiz dövründə
bir daha özünü təsdiq etdi. Həmçinin bu gün dünyada baş verən qlobal siyasi proseslər müstəvisində də
bütün güclər
qarşısına türkün
güclü birliyi ilə çıxmaq dövlətlərimizə əlavə
qüvvət verir.
Türk Dövlətləri
Təşkilatına üzv
olan ölkələrin
başçılarının Türk Dünyasının
Ali Ordeninin Azərbaycan
Prezidenti İlham Əliyevə verilməsi
ilə bağlı qərarları da məhz bu ümumi
mənafelərə xidmət
edən reallıqlar nəzərə alınaraq
qəbul edilib.
Türk dünyasının
birlik arzusunu siyasi qətiyyəti ilə gerçəkləşdirən
Prezident İlham Əliyevin əzmi sayəsində qazanılan
Zəfər türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində
mühüm rol oynayıb.
44 günlük
müharibə günlərində
və ondan sonra ötən müddət ərzində
daim türkdilli dövlətlərin xalqları
Azərbaycan xalqına
yüksək dəstəklərini
nümayiş etdiriblər.
Azərbaycanın əldə etdiyi
şanlı qələbəni
öz zəfərləri
kimi dəyərləndirən
qardaş xalqların nümayəndələri milli qürur, milli güvən, milli birlik hissi yaşayıblar.
Qarabağın, Şuşanın azadlığının simvolu
olan “Xarıbülbül”
bütün türk dünyası üçün
Zəfər müjdəçisi
sayılır.
Müzəffər Ali Baş
Komandan İlham Əliyevin Azərbaycanın
tarixi ərazilərini işğaldan
azad etməsi təkcə türk birliyinə və qardaş türk xalqlarına deyil, bölgədə davamlı
sülh və sabitliyin əldə olunmasına da yol açıb.
Türk Dünyasının
Ali Ordeni Azərbaycan Prezidentinin böyük şəxsiyyətinə, beynəlxalq
miqyasda, həmçinin türkdilli
dövlətlər arasında
olan yüksək nüfuzuna göstərilən
etimadın əyani təcəssümüdür.
Bütün bu ali dəyərlərə
və türk dünyasının birliyi
və güclü olması üçün
göstərdiyi misilsiz
xidmətlərə görə
yüksək mükafatla
təltif olunan İlham Əliyev isə öz növbəsində təşəkkür
edərək bildirir ki, mən belə
zənn edirəm ki, bu mükafat
bütün Azərbaycan
xalqına verilmiş mükafatdır...
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2021.- 17 noyabr.- S. 1; 4.