Azərbaycan Respublikasının Gömrük
Məcəlləsində dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
25-ci bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikasının
Gömrük Məcəlləsində
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2011, ¹ 9, maddə 787; 2014, ¹ 10, maddə 1155, ¹ 11, maddə
1368; 2016, ¹ 11, maddə 1791; 2017, ¹ 3, maddə 339, ¹ 7, maddə
1303, ¹ 8, maddə 1510; 2018, ¹ 1, maddə 30, ¹ 11, maddə
2211, ¹ 12 (I kitab), maddə
2521; 2019, ¹ 1, maddə 30, ¹ 5, maddə 814, ¹ 8, maddə
1383; 2020, ¹ 5, maddə 522, ¹ 7, maddə 832, ¹ 12 (I kitab), maddə 1438) aşağıdakı
dəyişikliklər edilsin:
1. 167.3.2-ci maddəyə
“təqdim edən və” sözlərindən
sonra “bu Məcəllənin 167.3-1-ci maddəsi
nəzərə alınmaqla”
sözləri əlavə
edilsin.
2. Aşağıdakı
məzmunda 167.3-1-ci maddə
əlavə edilsin:
“167.3-1. Gömrük
orqanları malların
daxildə emal xüsusi proseduru altında yerləşdirilməsinə
icazə verməzdən
əvvəl yalnız
bu Məcəllənin
252-ci maddəsinə uyğun
olaraq təminatın verilməsini tələb edə bilərlər.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
29 oktyabr 2021-ci il
Azərbaycan.- 2021.-19 noyabr.-
S.2.