İqtisadi qüdrətin uğur formulu

 

Zəfər büdcəsi 2022-ci ildə qarşıya qoyulan strateji vəzifələrin yerinə yetirilməsini təmin edəcək

 

İqtisadi və hərbi qüdrəti möhkəm olan dövlət bütün sahələrdə uğur qazanmağa qadirdir. Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan da güclü iqtisadiyyata, qüdrətli orduya sahib olan dövlət kimi Avratlantika geosiyasi arealında öz sözümövqeyi olan ölkəyə çevrilib. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər isə ölkəmizin beynəlxalq nüfuzunun, siyasi çəkisinin daha da artmasını şərtləndirib.

 

İqtisadiyyatımız böhran dövrünü arxada qoyub

 

Azərbaycan iqtisadi meyar və parametrlər üzrə kimdənsə asılı deyil. Hətta ölkəmiz istər xarici borc, istər iqtisadi artım, istərsə də adambaşına düşən valyuta ehtiyatları baxımından iqtisadi sahədə ən qabaqcıl yerlərdədir. İqtisadi müstəqillik siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir.

Hazırda yaşadığımız postmüharibə dövründə ölkə iqtisadiyyatının artım tempi bərpa edilirinkişaf göstəriciləri yüksəlir. Ölkənin neft sahəsindən asılılığını aradan qaldırmaq istiqamətində görülən tədbirlər də bəhrəsini verməkdədirbunu qeyri-neft sektorundakı artım da təsdiq edir.

İqtisadi fəallığın artması ölkəmizin maliyyə-iqtisadi göstəricilərinin də yaxşılaşmasına səbəb olmaqdadır. Gələn ilin dövlət büdcəsinin bütün göstəriciləri onu deməyə əsas verir ki, 2022-ci ildə də qarşıya qoyulan strateji vəzifələr yerinə yetiriləcək.

Müstəqillik tarixində ən böyükhəcmli büdcə layihəsi artıq Milli Məclisdə birinci oxunuşda qəbul edilib. Gələn il büdcə xərcləri ilk dəfə olaraq 30 milyard manata yaxınlaşacaq. Bu da 2021-ci illə müqayisədə 1 milyard 336 milyon manat artıq vəsait deməkdir. Bu da bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyası ölkənin dinamik inkişafını təmin etməyə imkan verib.

2021-ci ilin ötən 9 ayında iqtisadi inkişaf tempi 4,8 faizə çatıb bu o deməkdir ki, iqtisadiyyatımız böhran dövrünü arxada qoyaraq yeni inkişaf yolunda inamla irəliləyir. Bütün bunların nəticəsində yüksəliş, 2022-ci ilin maliyyə ili üçünsə dayanıqlı iqtisadi təminat yaranıb. Bütün bu ssenarilərə əsasən hazırlanmış 2022-ci ilin dövlət büdcəsi layihəsi Azərbaycanın inkişafı üçün güclü zəmin formalaşdırır.

2022-ci il üzrə büdcə siyasətinin istiqamət hədəfləri İlham Əliyevin hazırladığıAzərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərsənədində müəyyən edilmiş prioritetlər onların həyata keçirilməsi üçün qarşıya qoyulmuş strateji məqsədlər nəzərə alınmaqla tərtib olunub. Büdcənin gəlir xərcləri təsdiq edir ki, dövlətin ali maliyyə sənədi strateji inkişaf hədəflərinə, iqtisadi siyasətə qarşıda duran çağırışları dəf etməyə xidmət etmək iqtidarında olacaq.

 

Maaşlar, pensiyalar, təqaüdlər artacaq

 

Gələn ilin dövlət büdcəsi hazırlanarkən yenə sənədin sosialyönümlü olmasına xüsusi diqqət yetirilib. Yəni 2022-ci ilin büdcəsi ötən illərin maliyyə sənədi kimi sosialyönümlüdür.

Belə ki, büdcə layihəsi dövlətin əsas funksiyalarının, o cümlədən müdafiə təhlükəsizlik, sosial təminat, səhiyyə, təhsil, dövlət borcu, prioritet dövlət proqramları layihələri üzrə maliyyələşdirmənin davam etdirilməsi, əhalinin sosial rifahının qorunmasına yönəlmiş tədbirlərin iqtisadi artımın dəstəklənməsinə güclü maliyyə təminatı yaradır.

Əhalinin, xüsusilə həssas qrupların, müharibə veteranlarının, əlillərin şəhid ailələrinin sosial təminatı üzrə həyata  keçirilən  dövlət  siyasətinin  maliyyələşdirilməsinə xüsusi əhəmiyyət veriləcək. Büdcə gəlirlərinin artırılması  nəticəsində cəlb ediləcək əlavə vəsaitlərin mühüm qismi əhalinin sosial rifahının yaxşılaşdırılmasına, yardıma ehtiyacı olan vətəndaşlara hədəflənmiş sosial  proqramların  həyata  keçirilməsinə yönəldiləcək.

 

Qarabağ Şərqi Zəngəzurda yenidənqurma inkişaf dövrü

 

Sənəddə həmçinin işğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması ölkə iqtisadiyyatına reinteqrasiyası məsələsi yer alıb.

Yəni şanlı Zəfərdən sonra Qarabağ Şərqi Zəngəzurda başlanmış işlərin davam etdirilməsi, işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycan Ordusunun, Sərhəd Qoşunlarının, daxili işlər, təhlükəsizlik orqanlarının fəaliyyətinin təmin edilməsi, mina təmizləmə tədbirlərinin təşkil olunması, habelə su, elektrik enerjisi, qaz təchizatı, rabitənin bərpası, həmçinin yol infrastrukturunun qurulması ilə əlaqədar işlərin icrası, əhalinin məskunlaşdırılması onların həyat şəraitinin bərpası, dayanıqlı davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələrinin həyata keçirilməsi kimi tədbirlər üçün büdcədən 2,2 milyard manat vəsaitin ayrılması qərara alınıb.

Bütün bunlar bir daha təsdiq edir ki, azad edilmiş ərazilərimizin vahid konsepsiya əsasında bərpası ölkənin iqtisadi potensialının genişlənməsinə səbəb olacaq.  Bu ərazilərin  reinteqrasiyası  ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək, iqtisadi artıma səbəb olacaq. Qarabağın bərpa prosesi çoxşaxəli olduğu üçün nəinki həmin ərazilərin, ümumilikdə ölkə iqtisadiyyatının bir çox sektorlarının inkişafı üçün yeni imkanlar yaranacaq.

Əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır. Bütün bunlar isə verilən vədlərin uğurla reallaşması nəticəsində baş tutub. Dövlət başçısının söylədiyi kimi, son 18 il ərzində bir dənə yerinə yetirilməyən vəd yoxdur. Bu günün reallıqları onu göstərir ki, Azərbaycan düzgün yolda gələcəyə doğru inamla addımlayır. 2021-ci ildə görülən işlər onu deməyə əsas verir ki, Azərbaycan 2022-ci ildə yeni-yeni uğurlara nail olacaq.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2021.- 19 noyabr.- S.1; 4