TDT-nin rəqəmsal dünyaya baxışı Qarabağdan keçir

 

Təşkilatın VIII Zirvə Görüşündə günün digər vacib iqtisadi məsələlərindən də bəhs olundu

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü “Rəqəmsal dövrdə “yaşıl texnologiyalar və “ağıllı şəhərlər” mövzusuna həsr edilsə də, müzakirə olunan məsələlərin sırasında ölkələrimiz arasında iqtisaditicari, nəqliyyat və logistika əlaqələrinin möhkəmləndirilməsinin vacibliyindən də danışıldı.

Türk dövlətləri başçıları Zirvə görüşündə rəqəmsal dünyanın yenilikləri ilə yanaşı, günün vacib məsələlərinə toxundular, təşkilatın gələcəyi ilə bağlı bir sıra mühüm qərarlar qəbul etdilər. Bunlardan ən vacibləri təşkilatın adının Türk Dövlətləri Təşkilatı (TDT) kimi qəbul edilməsi, Türk İnvestisiya Fondunun yaradılması, “Türk dünyası-2040” adlı proqramın təsdiqi idi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Sazişin ən qısa zamanda imzalanmasının vacib olduğunu qeyd edərək dedi: “Beləliklə, Xəzərdən keçən Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi başda olmaqla aramızdakı bütün yolları bu coğrafiyanın əsas arteriyalarına çevirə bilərik. Azərbaycan-Naxçıvan bağlantısı da bu mənada həyati əhəmiyyət daşıyır”.

Zirvə görüşünün “Rəqəmsal dövrdə “yaşıl texnologiyalar və “ağıllı şəhər”lər” mövzusuna həsr olunduğunu deyən Türkiyə Prezidenti bu baxımdan Zəngilanda görülən quruculuq işlərindən bəhs etdi. “Ağıllı şəhər”ləşmə sahəsində işğaldan azad edilən Zəngilanda başladılan təşəbbüs, Türkistanın inkişafı, Ahaldakı intensiv fəaliyyətlər, Budapeştdə görülən işlər, Qırğızıstanda və Özbəkistandakı fəaliyyətlər təqdirəlayiqdir”.

İqtisadçı ekspertlər belə hesab edir ki, TDT-nin iqtisadi əsasları onun sosial və mədəni təməlləri ilə vəhdət təşkil edir. Türkdilli xalqların dil ümumiliyi, tarixi-coğrafi məkan, əxlaq birliyi, geoiqtisadi bağlılıqları kimi zəruri amilləri mental dəyərlər bazasında qloballaşmaregionlaşma çağırışlarını daha da aktuallaşdırır. Beləliklə, TDT regiondadünyada sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsinə səmtlənən qurum kimi uğurlu fəaliyyətinə start verdi.

Azərbaycanda və beynəlxalq miqyasda dərin araşdırmaları ilə getdikcə nüfuzu artan beyin mərkəzi - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) növbəti araşdırmasında Türk Dövlətləri Təşkilatının geoiqtisadi vəziyyəti barədə yazır ki, 6 müstəqil türk dövləti birlikdə 4,7 milyon kvadratkilometr ərazini əhatə edir. Müqaiysə üçün qeyd edək ki, Avropa Birliyi ölkələrinin ərazisi ümumilikdə 4 milyon kvadratkilometrdir. Həmçinin 6 müstəqil Türk dövləti birlikdə ümumi dünya əhalisinin 2 faizindən çoxunu təşkil edir. Araşdırmada türkdilli xalqların iqtisadi göstəriciləri də nəzərdən keçirilir: “ÜDM alıcılıq qabiliyyəti pariteti ilə hesablamalara nəzər yetirsək, türkdilli müstəqil dövlətlər birlikdə 3,4 trilyon dollardan daha çox statistik göstəriciyə sahibdir. Belə ki, dünya üzrə ÜDM alıcılıq qabiliyyəti pariteti 132,6 trilyon dollar ətrafındadır. Türk dünyası ölkələrinin payı bu nisbətdə 2,6 faiz edir”.

İİTKM-in eksperti Ayhan Satıcı şərhində qeyd edir ki, statistik göstəricilərə əsasən, ÇinAvropa ölkələri arasındakı ticarət dövriyyəsi günlük 1 milyard ABŞ dollarının üzərindədir: “Türk dünyası ölkələrinin bu mühüm ticarət yolu üzərində yerləşməsi Türk Dövlətləri Təşkilatının regionda iqtisadi gücə çevrilməsinə şərait yaradır. Belə ki, TDT-yə üzv ölkələrin dünya iqtisadiyyatındakı ümumi ticarət dövriyyəsi 536 milyard ABŞ dollarını təşkil edirbu rəqəm 2019-cu ilin dünya üzrə mal ticarət dövriyyəsi (Merchandise Trade) ilə müqayisədə 2,8 faizdən çoxdur”.

TDT-nin təbii ehtiyatları əsasən neft yataqları, təbii qaz, kömür, dəmir filizis. ilə zəngindir. Türk dünyasının müstəqil ölkələrinin ümumi neft ehtiyatının həcmi 35,8 milyard barel ətrafındadır. Qaz ehtiyatları ilə isə Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan zəngindir. Bu dörd dövlətin ümumi qaz ehtiyatları 19,2 trilyon kub metr olub, ümumi dünya təbii qaz ehtiyatının 10,2 faizindən çoxdur. Bu cox ciddi rəqəmdir. Beləliklə, Türk Dövlətləri Təşkilatı dünya iqtisadiyyatının ən mühüm sahələrində əməkdaşlıqlarını genişləndirə bilər. Məhz bu səbəbdən TDT təkilatının ilk görüşü ümumilikdə iqtisadi əməkdaşlıq mövzusuna həsr edilmişdir.

Faktiki olaraq onu da qeyd etmək lazımdır ki, bu günə TDT-yə daxil olan dövlətlər arasında ən ciddi əlaqələr Türkiyə və Azərbaycan respublikaları arasında qurulmuşdur. VIII Zirvə Görüşündə Azərbaycan Prezidenti bu ələqələrdən ətraflı danışdı, işğaldan azad edilmiş ərazilərin bərpasında bizə ən çox dəstək verən dövlətin yenə də qardaş Türkiyə olduğunu bildirdi: “Türkiyənin bir çox şirkətləri bu gün bizim üçün çox önəmli infrastruktur layihələrində çalışırlar, - körpülər, tunellər, yollar, dəmir yolları, elektrik stansiyaları, hava limanları, - bütün bu işlərdə fəal iştirak edirlər”.

Füzuli Hava Limanını Azərbaycan şirkətləri ilə bərabər, 12 türk şirkəti də tikmişdir. Türkiyə şirkətləri Zəngilan Hava Limanının inşasında və digər layihələrin icrasında da iştirak edəcəklər. Füzuli rayonunda Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəbin inşası nəzərdə tutulur. İkinci Qarabağ savaşında Azərbaycanın qələbəsi TDT-nin fəaliyyətini bütün istiqamətlərdə dərinləşdirən ciddi amildir. Yeganə problem Ermənistanın sülh proseslərinə qoşulmaması ilə bağlıdır ki, buna da Prezident İlham Əliyev belə münasibət bildirdi: “Ümid edirəm, öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan da gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir və şərəf gətirməyəcək. Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana ərazi iddialarına son qoyulacaq. Əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər. Zəngəzur koridoru isə həm türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihədir və bu gün bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir”.

 

Bahadur İMANQULİYEV,

 

Azərbaycan.- 2021.- 19 noyabr.- S.1; 4