Devid Martin: “Bakıda
batut gimnastikası üzrə dünya çempionatı yüksək səviyyədə
təşkil olunub”
Bakıda batut gimnastikası üzrə dünya çempionatı yüksək səviyyədə təşkil olunub. İdmançılar üçün hər cür şərait yaradılıb.
Bunu Bakıda keçirilən batut gimnastikası üzrə 35-ci dünya çempionatının Fransadan olan ulduz səfiri Devid Martin AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Ulduz səfir bildirib: “Milli Gimnastika Arenasında idmançıların hazırlığı üçün mükəmməl məşq meydançaları var. Yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığımı bildirirəm. Arenada yarışları izləməkdən böyük zövq alıram”.
Noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.
Yarışların ilk iki günündə təsnifat,
son iki günündə
isə finallar keçiriləcək. Qaydalara əsasən, hər
iştirakçı bir neçə proqramda çıxış edə bilər.
Azərbaycan.-
2021.- 19 noyabr.- S.5.