Azərbaycan ilə İtaliya
arasında hərbi əməkdaşlıq məsələləri
müzakirə olunub
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və İtaliya Respublikası Baş Qərargahının nümayəndə heyətləri arasında ikitərəfli əməkdaşlıq planı üzrə qərargah görüşü keçirilib.
Görüşdə Azərbaycan Ordusu ilə İtaliya Silahlı Qüvvələri arasında cari əməkdaşlığın vəziyyəti, perspektivlər, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.
Sonda
növbəti illər üzrə ikitərəfli əməkdaşlığın
sahələri və fəaliyyətlər müəyyən edilib.
Azərbaycan.-
2021.- 18 noyabr.- S.4.