Mövlud Çavuşoğlu: "Can Azərbaycan tək deyil,
biz onu tək
buraxmarıq"
Can Azərbaycan tək deyil, tək də olmayacaq. Azərbaycanı tək buraxmarıq.
Ermənistanın təxribatları Azərbaycan torpaqlarında
terror hücumudur.
AZƏRTAC xəbər
verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
Ankarada keçirilən
mətbuat konfransında
söyləyib.
Nazir deyib: “Regionda sülh və sabitlik üçün birlikdə
addımlar atacağıq.
Ermənistan bununla razılaşarsa,
biz də varıq.
Amma Ermənistan belə təxribatlarla yalnız itirəcək”.
Mövlud Çavuşoğlu qeyd edib ki, Azərbaycan
Ermənistana hərtərəfli
sülh sazişi imzalamaq təklifi edib. “Yəni müharibədə qalib gələn və güclü olan tərəf bunu etdi. Ermənistan isə atəşkəsdən
dərhal sonra bəzi əsgərlərini
Azərbaycan torpaqlarına
sızdıraraq əsgərimizə
hücum etdi. Bu mövqe
yanlışdır”, - deyə nazir
vurğulayıb.
Azərbaycan.-
2021.- 18 noyabr.- S.4.