Qələbəmiz Azərbaycan tarixində əbədi
qalacaq
12 iyul 2020-ci il tarixdə
Azərbaycan xalqı
on iki şəhid verdi. On iki parça vətən daşı düşdü,
həmin on iki parça yandırdı bizi. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və 10 hərbçimiz Qaraqaya yüksəkliyində
qəhrəmancasına həlak
oldu. Bütün millətimizi kədər
boğdu. Hər kəs
şəhidlərimiz üçün
ayağa qalxdı.
Hər gün minlərlə gənc könüllülər
sırasına yazılıb
ədalət uğrunda,
Vətən uğrunda
döyüşə hazır
olduğunu bildirdi.
Ermənistanın təxribatlarına
cavab olaraq Prezident İlham Əliyevin komandanlığı
ilə 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsində qısa
müddətdə Füzuli
şəhəri daxil
olmaqla, rayonun 62 yaşayış məntəqəsi
işğaldan azad edildi. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq
cəbhəsində baş
vermiş ən əhəmiyyətli döyüşlərdən
biri olub. Bu əməliyyat sayəsində, həmçinin
Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış
məntəqələri Azərbaycan
Ordusu tərəfindən
azad edilmişdir.
Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust
1993-cü ildə erməni
silahlı qüvvələri
tərəfindən işğal
olunmuşdur. 5 yanvar
1994-cü ildə Azərbaycan
Respublikası Silahlı
Qüvvələrinin hücumu
nəticəsində rayonun
22 yaşayış məntəqəsi
düşməndən təmizlənmişdir.
O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda
rayon əhalisinin 50 faizə
qədəri yaşayırdı.
Ermənistanın silahlı
qüvvələri ilə
mübarizədə rayon sakinlərindən
400 nəfərədək müharibə
əlili, 657 nəfər
şəhid olmuşdur,
181 nəfər əsir
və itkin düşmüşdür.
Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər,
16 qəsəbə, 82 kənd
və başqa yaşayış məntəqələri
mövcud olmuşdur. İşğaldan öncə isə Füzuli rayonu tarixi-dini abidələrlə,
xüsusən də türbələrlə zəngin
bir ərazi idi. Bu abidələr
sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli
Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı
Veysəlli kəndində
XIV əsrə aid Mirəli
türbəsini, Əhmədalılar
kəndində Orta əsr qəbiristanlığının
ərazisində sənduqə
formalı qəbirdaşının
üzərindəki türbəni,
XIX əsrin Cəlil türbəsini aid etmək
olar. Vətən müharibəsinin gedişində Füzuli rayonunun Qoçəhmədli,
Çimən, Cuvarlı,
Pirəhmədli, Musabəyli,
İşıqlı, Dədəli
kəndləri və Füzuli şəhəri
şanlı ordumuz tərəfindən oktyabrın
17-də işğaldan azad
edilmişdir.
Vətən həsrətinə son qoyuldu. 17 oktyabr nəinki füzulililərin xatirəsində,
Azərbaycan dövlətinin
tarixində əbədi
qalacaqdır. İnsanlar öz
doğma torpaqlarına
qayıdacaqlar. Həyatdan getmiş
on minlərlə qaçqın
və köçkünlərimizin
ruhu isə şad olacaqdır.
Füzuli uğrunda aparılmış
döyüşlər Vətən
müharibəsi zamanı
ən ağır döyüşlərdən olmuşdur. Çox böyük
peşəkarlıq, məharət,
şücaət və
fədakarlıq tələb
etmiş bu döyüşlər haqqında
kitablar yazılacaqdır.
30 il ərzində
düşmən təmas
xəttində möhkəm
istehkam qurmuşdu, bəziləri hesab edirdi ki, Füzuli
şəhərini azad
etmək mümkün
deyil. Amma mümkünsüzü mümkün etdi Azərbaycan Ordusu.
Füzulinin təmas
xəttində yerləşən
bir neçə müdafiə xəttinin yarılması Azərbaycana
strateji üstünlüklər
verdi. Baxmayaraq ki,
namərd, xain düşmən hərbi cinayətlər törədir,
dinc əhalini atəşə tutur və bunun nəticəsində
azyaşlı uşaqlar
həlak olurdu, Azərbaycan Ordusu bu əməllərin qisasını mülki vətəndaşlardan almırdı.
Biz döyüş meydanında qisasımızı
almışıq və
həlak olanların qanı yerdə qalmayıb.
Füzuli uğrunda döyüşlərdə
müzəffər ordumuzun
şücaəti qarşısında
düşmən son mərhələdə
öz silahlarını
yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər
artıq açıq-aydın
bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş
qabiliyyətinə və
texniki təminata malik olan bir
ordudur.
2020-ci il
noyabrın 26-da “Füzulinin
azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş
Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə
Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş
əməliyyatlarında iştirak
edərək şəxsi
igidlik və şücaət nümayiş
etdirmiş Azərbaycan
Respublikası Silahlı
Qüvvələrinin 25167 hərbi
qulluqçusu “Füzulinin
azad olunmasına görə” medalına layiq görülmüşdür.
Bu sırada mənim
də adımın olması, əlbəttə,
sevindirici idi.
2020-ci il
noyabrın 16-da Azərbaycan
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna gəldilər. Ali Baş Komandan İlham Əliyev Füzuli şəhərində
Azərbaycan bayrağını
qaldırdı. Sonra Füzuli-Şuşa
avtomobil yolunun - “Zəfər yolu”nun təməli qoyuldu.
Qələbəmiz şanlı, ədalətli
qələbədir. Azərbaycan xalqının
əzəli və tarixi yurdları təxminən 30 ildən sonra azad edildi,
uzunillik Vətən həsrətinə son qoyuldu.
Döyüş meydanında göstərdiyimiz
gücün mənbəyi
Azərbaycan xalqının
iradəsidir. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü
görüb və bunu etiraf edib.
Qələbəni görən və
bu hissləri yaşayan xalq xoşbəxtdir.
Ağasəf ABDULLAYEV,
Vətən müharibəsi iştirakçısı
Azərbaycan.-
2021.- 18 noyabr.- S.6.