ADA Universitetinin ABŞ-dakı Mərkəzində
caz, azadlıq və müstəqillik mövzusunda tədbir keçirilib
ADA Universitetinin ABŞ-dakı Mərkəzinin və Azərbaycan-Amerika Musiqi Fondunun birgə təşkilatçılığı ilə “Uliyam Konnover, Vaqif Mustafazadə, Frederik Starr: Caz, azadlıq və müstəqillik” mövzusunda tədbir təşkil olunub.
Universitetdən
AZƏRTAC-a bildiriblər ki, tədbir
çərçivəsində ADA-nın ABŞ-dakı Mərkəzində
"Uliyam Konnover və
Vaqif Mustafazadə caz
saatı" mövzusunda fotosərginin
açılış mərasimi baş tutub. Sərginin açılışından sonra
tarixi “Whittemore House”da ziyafət və konfrans keçirilib. Burada ADA Universitetinin əməkdaşlıq
etdiyi universitetlərin
dekanları, professor və
müəllimləri, dövlət
və ictimai xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADA Universitetinin ABŞ-dakı
Mərkəzinin prezidenti
Qalib Məmməd cazın ölkəmizdəki
zəngin və tarixi köklərini bir daha yada
salıb, caz musiqisinin xalqlarımız
arasında körpü
qurduğunu nəzərə
çatdırıb. O, cazın
Azərbaycandakı tolerant fikir
tərzinin simvollarından
biri olduğunu vurğulayıb.
Tədbirdə Vaqif Mustafazadənin yaradıcılığına nəzər
salınıb, “Amerikanın
Səsi” radiosunda caz verilişlərinin aparıcısı Uliyam Konnoverin onun barəsində təşkil
etdiyi verilişlərdən
fikirlər səsləndirilib.
Sonra ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Azərbaycan Respublikasının
müstəqillik illərində
keçdiyi yollardan və qazandığı zəfərlərdən bəhs
edib.
Rektor Hafiz Paşayev
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən
“Dostluq” ordeni ilə təltif edilən Azərbaycanın
müstəqilliyinin dəstəkçisi,
Mərkəzi Asiya və Qafqaz İnstitutunun sədri və caz ifaçısı
Frederik Stara ordeni şəxsən təqdim edib.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında çoxşaxəli əlaqələrin
inkişafında xüsusi
xidmətlərinə görə
ordenlə təltif edilən Frederik Star Prezident Əliyevə minnətdarlığını bildirib, Azərbaycanın bölgədəki geostrateji
əhəmiyyətindən danışıb.
Tədbirdə, eyni zamanda, Ağ Evin Milli Təhlükəsizlik
Şurasının Avropa
və Avrasiya üzrə sabiq direktoru Deyvid Merkel, Azərbaycanın ABŞ-dakı
səfiri Xəzər
İbrahim, Şimali
Texas Universitetinin tədqiqatçısı
Maristella Fyustl və Azərbaycan-Amerika Musiqi Fondunun icraçı direktoru Cəmilə Spitzberq çıxış ediblər.
Tədbir Amina Fiqarovanın rəhbərlik etdiyi caz orkestrinin ifasında konsertlə başa çatıb. Konsertdə ölməz
sənətkar Vaqif Mustafazadənin və Qərb caz əfsanələrinin
musiqi kompozisiyaları
səsləndirilib.
Qeyd edək ki, “Uliyam Konnover
və Vaqif Mustafazadə caz saatı” sərgisi gələn il
fevralın 28-dək davam
edəcək.
Azərbaycan.- 2021.-18 noyabr.- S.7.