Dahi Nizaminin
əsərləri artıq
rəqəmsal formatda
“Azercell”
görkəmli şairin
irsini müasir audiovizual vasitələrlə
canlandıracaq
Dahi şair və böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə
bu il
Prezident İlham Əliyevin sərəncamına
əsasən “Nizami Gəncəvi ili” elan edilib. Ölkənin lider mobil operatoru
“Azercell Telekom” mədəniyyət
tariximizdə bu əhəmiyyətli hadisəni
layiqincə qeyd etmək üçün növbəti layihəsini
təqdim edir.
Həm yerli, həm də xarici oxucuları Şərqin ən böyük şairinin yaradıcılığı ilə
tanış etmək üçün
“Azercell” Nizami əsərlərinin ən
sevilən nümunələrini
rəqəmsal mütaliə
vasitələrilə təbliğ
etmək təşəbbüsü
ilə çıxış
edir. Beləliklə,
“Azercell”in dəstəyilə
Nizaminin 40-dan çox
seçilmiş fəlsəfi
və lirik məzmunlu müxtəlif ölçülü əsərləri
Azərbaycan, rus, ingilis, fransız və türk dillərində “Bukmete” proqramının “Audiobuk” bölməsinə yerləşdiriləcək.
Audiofaylların hazırlanmasında
digər bir özəl xüsusiyyət
onların orijinal fon musiqiləri
ilə təqdim olunmasındadır. Ud, tar, kamança
və digər qədim musiqi alətlərinin müşayiəti
ilə dil daşıyıcıları tərəfindən
səsləndiriləcək poeziya nümunələri
daha təsirli və xalqımızın
mədəni irsi baxımından daha mütəşəkkil ifadə
olunacaq.
“Azercell” tərəfindən daha bir maraqlı yenilik isə layihə çərçivəsində
Nizami Gəncəvinin
iki əsərinin: “Kərpickəsən kişinin
dastanı” və “Adil Nuşirəvan ilə vəzirin hekayəti” əsərlərinə
komiks janrında şəkillərin çəkilməsi
və komiks toplusundan ibarət kitabın tərtib edilməsidir. Qeyd edək ki, həmin komikslər də Azərbaycan, rus və ingilis
dillərinə uyğunlaşdırılacaq.
Xatırladaq ki, Nizami Gəncəvinin əsərlərindən öncə
“Azercell” rəqəmsal
kitabxana üçün
İmadəddin Nəsiminin
650 illik yubileyi münasibətilə
şair və filosofun seçmə qəzəllərini, “Koroğlu”
dastanının 10 qolunu
və müxtəlif klassik müəlliflərin
əsərlərini audiokitab
formatında hazırlayaraq
beynəlxalq “Bukmete” tətbiqinə yükləmişdir.
Qeyd edək ki, “Azercell” abunəçiləri
üçün xüsusi
endirimlə təqdim olunan “Bukmete” rəqəmsal platforması
vasitəsilə lider
operator Azərbaycan ədəbiyyatının
beynəlxalq aləmdə
tanıdılmasına xidmət
edən layihələr
gerçəkləşdirir. “Azercell”in
müasir cəmiyyətin
tələbatına və
yaşam tərzinə
uyğun formatda hazırladığı ədəbi
məzmun ölkədə,
xüsusilə də gənclər arasında mütaliə mədəniyyətinin
inkişafı və Azərbaycanın ədəbi
irsinin dünyanın istənilən nöqtəsində
müxtəlif dillərdə
daha əlçatan olmasına xidmət edir.
Xatırladaq ki, şairin zəngin irsinin təbliği məqsədilə
“Azercell” bundan öncə Nizami Gəncəvinin yaradıcılığına
həsr olunmuş xüsusi əlifba da işləyib hazırlayıb. Həmin əlifba sosial
şəbəkələrdə geniş yayılaraq istifadəçilər arasında
populyarlıq qazanmışdır.
“Nizami Gəncəvi ili” ərzində “Azercell” şirkətinin təqdimatında
audiokitab və komikslər yeni formatda təqdim olunmağa davam edəcək. “Bukmete” tətbiqinə abunə olmaq, eləcə də “Azercell Telekom”un fəaliyyətini
mətbuat və sosial media platformaları üzərindən izləməklə
siz də bu yeniliklərdən faydalana biləcəksiniz.
Rəqəmsal kitabxana
“Bukmete” haqqında daha ətraflı məlumat üçün:
https://www.azercell.com/az/personal/digital-solutions/bookmate.html
Azərbaycan.- 2021.- 18 noyabr.- S.8.