Regionun neft ixracı arteriyası

 

22 il əvvəl BTC-nin marşrutunu müəyyən edən sənəd imzalanmışdır

 

1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə toplantısında möhtəşəm layihə - Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri qarşısındayaşıl işıqyandıran vacib bir saziş imzalandı. Bu, Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi dünyadakı nüfuzu sayəsində mümkün oldu.

BTC əsas ixrac neft kəmərinin tarixində həlledici rol oynayan həmin mühüm sənədi Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan ABŞ prezidentləri imzaladılar. Bu, xam neftin BTC vasitəsilə Azərbaycanın, Gürcüstanın Türkiyənin əraziləri ilə nəql edilməsinə dair saziş idi. Bu sazişin imzalanmasıƏsrin müqaviləsi”ndən sonra Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən daha bir böyük hadisə idi.

Məlum olduğu kimi, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir. Ona görə Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi çərçivəsində çıxarılan nefti dünya bazarlarına nəql etmək üçün boru kəmərləri çəkilməli idi. 1999-cu ildə Azərbaycan neftini Bakı-Supsa marşrutu ilə daşıyan Qərb İxrac Boru Kəməri istifadəyə verildi. Bu, texniki cəhətdən çox mürəkkəb layihə idi böyük maliyyə vəsaiti hesabına reallaşdı. Tikintinin müvəffəqiyyətlə başa çatdırılması bir daha göstərdi ki, Azərbaycan böyük işlər görməyə, həm onları qısa müddətdə həyata keçirməyə qadirdir.

Bakı-Supsa kəməri ilk dəfə Xəzər dənizi ilə Qara dənizibirləşdirdi”. Bu, Azərbaycanda yeni, daha qlobal layihələrə imza atmaq məqsədi inamı yaradırdı. Zaman özü da məhz belə layihələrin gerçəkləşməsini tələb edirdi. Yəni BTC-nin tikilməsi zərurətiƏsrin müqaviləsi”nin real nəticələr verməsindən irəli gəlirdi. 1997-ci ilin noyabrındaÇıraqplatformasından ilkin neft alınmışdı. QarşıdaAzəri”, “Dərinsulu Günəşliyataqlarının işlənməsi dayanırdı hasilatın ildən-ilə artacağı yəqin idi. Fəaliyyətdə olan Bakı-Novorossiysk Bakı-Supsa ixrac sistemlərinin gücü isə getdikcə artan neft həcmlərini nəql etmək üçün kifayət deyildi. Odur ki, Ümummilli Lider Heydər Əliyev hələ keçən əsrin 90-cı illərinin ortalarında özünün uzaqgörən qərarını vermişdi. Bu, BTC-nin tikilməsi idi.

2018-ci il mayın 29-da Səngəçal terminalındaCənub qaz dəhlizi”nin rəsmi açılış mərasimindəki nitqində Prezident İlham Əliyev BTC barədə demişdir: “2002-ci ildə biz artıqAzəri-Çıraqyatağından böyük neft gözləyərkən məhz burada - Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq. Bu kəmər 2006-cı ildə istifadəyə verildi bu gün Azərbaycan xalqına, bütün dost ölkələrə xidmət edir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda digər ölkələrin nefti nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycan bu gün eyni zamanda etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir”.

Kəmər istifadəyə verilərkən layihənin tərəfdaşları ona Ulu Öndər Heydər Əliyevin adının verilməsi təklifini irəli sürdülər bu təşəbbüs yekdilliklə bəyənildi. BTC 15 ildən çoxdur Azərbaycan neftini dünya bazarlarına ahəngdar təhlükəsiz şəkildə nəql edərək bu adı şərəflə daşıyır.

Yeri gəlmişkən, qeyd edək ki, hazırda BTC Ko.-nun səhmdarları bp (30,10 faiz), AzBTC (25 faiz), MOL(8,90 faiz), “Ekvinor” (8,71 faiz), TPAO (6,53 faiz) “Eni” (5 faiz) “Total” (5 faiz), İTOÇU (3,40 faiz), İNPEKS (2,50 faiz), “EksonMobil” (2,50 faiz) ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir.

BTC haqlı olaraq regionda enerji ixracının başlıca arteriyası sayılır. Mühüm strateji obyekt kimi dəyərləndirilən bu boru kəməri qapalı Xəzər hövzəsi bütün dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında ilk birbaşa əlaqədir.

Uzunluğu 1768 kilometr olan kəmər 2006-cı ilin ortalarında istismara veriləndən bu ilin üçüncü rübünün sonunadək ümumilikdə təqribən 495 milyon tondan çox (3,71 milyard barel) xam neft nəql edib. Bu neft həcmləri Ceyhanda 4863 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Hazırda BTC əsasən AÇG-dən hasil olunan nefti Şahdəniz”dən çıxarılan kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə digər xam neft kondensat həcmləri, o cümlədən Türkmənistan, Rusiya Qazaxıstanın da nefti nəql olunur.

Ötən illər ərzində BTC təkcə Azərbaycanın deyil, bütün regionun xeyir-bərəkət mənbəyinə çevrilib. Lakin onun əhəmiyyəti təkcə bununla bitmir. Qədim neft diyarı Azərbaycanın bu gün həm də qaz hasilixrac edən ölkə kimi şöhrəti artdıqca BTC daha böyük önəm kəsb edir. “Şahdəniz” qazını Türkiyəyə nəql edən Bakı-Tbilisi-Ərzurum kəmərinin Azərbaycandan və Gürcüstandan keçən hissəsi - Cənubi Qafqaz Boru Kəməri BTC ilə bir dəhliz boyu çəkilib. Xəzərin sahilindən başlanan bu yollar artıq Adriatik dənizinin altından keçərək İtaliya torpağına çatıb. Başqa sözlə, Azərbaycanda hasil olunan karbohidrogenlərin ixrac marşrutları şaxələnir və bu yolların başlanğıcında dayanan məhz BTC-dir.

Beləliklə, 22 il əvvəl Ulu Öndər Heydər Əliyev uzun bir yola nur saçacaq böyük bir layihənin başlanğıcını qoydu. Prezident İlham Əliyev bu başlanğıcı inamla davam etdirərək, bu təməli səylə möhkəmləndirərək daha qlobal layihələrin təşəbbüsünü irəli sürdü və onları uğurla gerçəkləşdirdi. O layihələr ki, ölkəmizin iqtisadi qüdrətini və siyasi nüfuzunu gündən-günə artırır, regionun və Avropanın enerji təhlükəsizliyində sanballı rol oynayır.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2021.- 18 noyabr.- S.1; 5.