Azərbaycan-Finlandiya əlaqələrinin genişləndirilməsi
üçün imkanlar
mövcuddur
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev noyabrın 22-də Finlandiya
Respublikasının ölkəmizdə
yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli
səfiri xanım Kirsti Narinenin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər
verir ki, səfir Kirsti Narine Finlandiya Prezidenti Sauli Niinistönün salamlarını
dövlətimizin başçısına
çatdırdı və
etimadnaməsini Prezident
İlham Əliyevə
təqdim etdi.
Azərbaycan Prezidenti Finlandiya Prezidentinin salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Finlandiya dövlətinin başçısına çatdırmağı
xahiş etdi. Prezident İlham
Əliyev Finlandiya Prezidenti ilə ikitərəfli və beynəlxalq təşkilatlar
çərçivəsində görüşlərini xatırlatdı.
Dövlətimizin başçısı regionda vəziyyətin dəyişdiyini və
regional əməkdaşlıq üçün geniş imkanların yarandığını
vurğuladı.
Səfir Kirsti Narine ölkələrimiz
arasında çoxlu oxşarlıqların olduğunu
dedi, əlaqələrimizi
genişləndirmək üçün
imkanların mövcudluğunu
qeyd etdi. Səfir Azərbaycanın Qoşulmama
Hərəkatına uğurlu
sədrliyini yüksək
qiymətləndirdi.
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın, regionda sülhün və sabitliyin gücləndirilməsi, həmçinin
qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2021.- 23 noyabr.- S.2.