Azərbaycan nümayəndə heyəti İranın yol və şəhərsalma naziri ilə görüşüb

 

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Tehrana birgünlük səfəri çərçivəsində İranın yol və şəhərsalma naziri, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Rüstəm Qasemi ilə görüşüb, iqtisadi-ticari əlaqələrin mövcud vəziyyəti və potensialı haqqında müzakirələr aparıb.  AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin davamlı inkişafı üçün səylərin daha da artırılmasının əhəmiyyəti vurğulanıb, neft-qaz, nəqliyyat, energetika, tranzit daşımaları, birgə sənaye və investisiya layihələri, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, humanitar və digər sahələrdə mövcud olan imkanlar və gələcək perspektivlər nəzərdən keçirilib, qarşılıqlı səfərlərin və görüşlərin faydalılığı qeyd olunub.

 

Azərbaycan.- 2021.-23 noyabr.- S.3.