Azərbaycanla Xorvatiyanın enerji
sistemləri arasında əməkdaşlıq məsələləri
müzakirə edilib
“Azərenerji”
ASC-nin rəhbəri
Baba Rzayevlə Xorvatiyanın
Azərbaycandakı fövqəladə
və səlahiyyətli
səfiri Branko Zebicin görüşü
olub.
ASC-dən
AZƏRTAC-a bildirilib ki,
görüşdə Xorvatiya
ilə Azərbaycanın
enerji sistemləri arasındakı əməkdaşlıq
münasibətləri barədə
müzakirələr edilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə
aparılan quruculuq işləri, elektroenergetika
sahəsində həyata
keçirilən layihələr
barədə fikir mübadiləsi aparılan
görüşdə, Xorvatiyanın
elektrik avadanlıqları
istehsal edən şirkətlərin imkanları
barədə geniş
müzakirələr aparılıb.
Azərbaycan.- 2021.-23 noyabr.- S.4.