Fransa jurnalı Ağdamı tərk olunmuş
10 şəhər sırasına daxil edib
Azərbaycanda dağlarla əhatə olunmuş XVIII əsr şəhəri olan Ağdam bu ölkə
ilə Ermənistan arasında baş vermiş münaqişə
zamanı dağıdılıb,
talan edilib, şəhərdən yalnız
xarabalıqlar qalıb.
AZƏRTAC xəbər
verir ki, bu fikir Fransanın
“Admagazine” jurnalının
internet səhifəsində dərc edilmiş “Böyük təəccüb
doğuran 10 tərk edilmiş şəhər”
sərlövhəli məqalədə
yer alıb.
Məqalədə dünyanın ən çox dağılmış 10 şəhəri təqdim olunub. Bu şəhərlər arasına 30 ilə yaxın erməni işğalı altında qalmış, “Qafqazın Xirosiması” adlandırılan Ağdam şəhəri də daxil edilib. Siyahıda yer almış şəhərlərin əksəriyyəti təbii fəlakətlərə görə tərk edilib. Yeganə olaraq Ağdam erməni işğalı zamanı dağıdılmış şəhər kimi təqdim olunub.
Azərbaycan.- 2021.-23 noyabr.- S.4.