Multikultural Zəfər
Azərbaycanda yaşayan
xalqlar arasındakı
sarsılmaz birlik qələbəyə uzanan
parlaq yolda daha da möhkəmləndi
Azərbaycan xalqının
ən qürurlu, ən parlaq Zəfəri kimi əbədi qələbə
imzası atdığı 44 günlük müharibə
həm də milli birliyimizin təntənəsi kimi tarixə qızıl hərflərlə həkk
olundu.
Ana torpağın
işğalı ilə
heç zaman barışmayan və Zəfərə, qalibiyyətə
susamış xalq bir yumruğa çevrilərək düşmənin
başı üzərində
ildırım kimi çaxdı. Azərbaycanda yaşayan bütün
xalqların nümayəndələri
fəxarətlə “mən,
azərbaycanlıyam” deyərək
bütün cəbhələrdə
mənfur düşmənlə
mübarizəyə qalxdı,
doğma Vətənin
bütövlüyü üğrunda
əlindən gələn
hər şeyi etmək üçün gecə-gündüz çalışdılar.
Milli həmrəyliyin
təcəssümü
Vətən müharibəsində bir amal ətrafında tarixin heç bir dönəmində görünmədiyi kimi həmrəy olaraq, Azərbaycanın haqq savaşı uğrunda hər biri müsəlləh
əsgərə çevrildi. Azərbaycan
xalqı milli həmrəylik nümayiş
etdirərək Vətən
savaşımızın qalibiyyətlə
bitməsi üçün
əlindən gələn
hər şeyi etdi, dövlətimizə,
ordumuza, əsgərimizə,
ümumilikdə, Qələbəmizə
töhfə verdi.
Bu vətənpərvərlik
ənənəsi isə
tarixin qədim qatlarından üzübəri
davam edir. Zaman-zaman doğma
torpaqlarımıza qarşı
yadellilərin hər işğal təhlükəsi
bu odlar yurdunda yaşayan müxtəlif xalqların
eyni məram altında birləşməsi
nəticəsində uğurla
dəf edilib. Birinci Qarabağ müharibəsində
də bu cür həmrəylik nümayiş etdirilib.
Tarixi torpaqlarımızı erməni
işğalçılarından qorumaq üçün yenə də bütün millətlərin
nümayəndələrindən olan igid oğullar
silaha sarılaraq mənfurlarla çarpışıblar,
sinələrini düşmən
gülləsinə sipər
ediblər. Bu qəhrəman övladların
hər biri Azərbaycanı canlarından
çox seviblər.
Təkcə bir nümunə çəkək
ki, o zaman öz tankı ilə düşmənə
qan udduran və Şuşa
uğrunda döyüşlərdə
qəhrəmanlıqla şəhadətə
ucalan yəhudiəsilli
Milli Qəhrəman
Albert Aqarunovun şücaəti
haqqında bu gün də hər kəs qürurla danışır.
İkinci Qarabağ müharibəsində
parlaq Zəfər çələnginin hörülməsində
də Azərbaycan xalqının hər bir övladının əməyi, zəhməti
oldu. Çoxmillətli xalqımızın hər bir üzvü
bu qələbədə
zərrə qədər
də payı olması üçün
gecə-gündüz əzmlə
çalışdı. Yəhudisi də, ləzgisi də, talışı da, avarı da, rusu da,
türkü də yaralı yurdumuzun müdafiəsinə qalxdı.
Elə şanlı Zəfərimiz
də bir amal ətrafında birləşməyimiz, birlik
nümayiş etdirərərk
güclü olmağımız
sayəsində əldə
olundu.
Ulu Öndər
Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin
təntənəsi
Vətən müharibəmizdə digər
amillərlə yanaşı,
Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi
də qələbə
çaldı. Azərbaycanda yaşayan xalqlar arasında tarixən də var olan
dostluq, qardaşlıq
dədə-baba yurdumuz
Qarabağın azadlığına
uzanan parlaq yolda daha da
möhkəmləndi, daha
da bərkidi…
Təsadüfi deyildi ki, 30 illik fasilədən
sonra bu ilin mayın 12-13-də Şuşada Cıdır düzündə təşkil
olunan “Xarıbülbül”
Musiqi Festivalının
ilk günündə ölkəmizdə
yaşayan müxtəlif
xalqların musiqi yaradıcılığı “Azərbaycan
musiqisində multikulturalizm”
mövzusunda təqdim
edildi. Ölkəmizin müxtəlif bölgələrində
yaşayan ayrı-ayrı
xalqların musiqi qrupları və ifaçıları öz
çıxışları ilə Azərbaycanın millətindən, dinindən
asılı olmayaraq hər bir kəsin
vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdılar.
Bu sarsılmaz
birliyin heç bir düşmənin gücü, xarici müdaxiləsi ilə pozulmayacağını bir
daha bəyan etdilər.
“Xarıbülbül”
Musiqi Festivalının
açılışındakı çıxışında bu
birlik mesajının əhəmiyyətini xüsusi
vurğulayan Prezident İlham Əliyev söylədi ki, Azərbaycanda bütün
xalqlar dostluq, qardaşlıq, həmrəylik
şəraitində yaşayır
və bu 44 günlük müharibə
bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli
həmrəylik vardır:
“Təsadüfi deyil ki, birinci festivalda
Azərbaycanda yaşayan
xalqların nümayəndələri
çıxış edəcəklər
və bir daha biz bütün dünyaya buradan - Şuşadan, qədim torpağımızdan mesaj
veririk”.
Azərbaycanda yaşayan bütün etnosların nümayəndələrinin
fərqli milli kimlikləri və dilləri, müxtəlif inancları və dəyərləri olsa da, bu keyfiyyətlər
ta miniliklərin o üzündən bu günə kimi onları ayırmır, yada çevirmir, əksinə, birləşdirir,
doğma edir. Elə bu ali mənəvi dəyərlərdən
irəli gələrək
Azərbaycanın bütövlüyünə
təhlükə olan
zaman çəkinmədən
sinələrini sipər
edərək, torpaq uğrunda ölümə
belə getməkdən
çəkinmirlər. Bəli, bütün
bunlar Azərbaycanda yaşayan xalqların nümayəndələrinin ölkəmizə
olan sevgisinin parlaq ifadəsi, bu, odlar yurdunun
bütün millətlərin
nümayəndələrinə doğma qucaq açdığının əyani
və möhtəşəm
göstəricisidir.
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2021.- 23 noyabr.-
S.5.