Dövlət Sərhəd Xidmətinin Akademiyasında Xüsusi Məktəbində Vətən müharibəsi qəhrəmanları ilə görüş təşkil edilib

 

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında Xüsusi Məktəbində Vətən müharibəsi qəhrəmanları ilə görüş təşkil edilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək büstü önünə gül dəstələri düzüblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra ölkəmizin müstəqilliyi ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Vətən müharibəsi qəhrəmanı polkovnik Vüsal Sultanov çıxış edərək özünün döyüş yoldaşlarının Azərbaycan Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə torpaqlarımızın azad edilməsi uğrunda müqəddəs savaşın iştirakçıları olmaqdan qürur duyduqlarını bildirib.

Vətən müharibəsi zamanı DSX-nin qarşısında Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra olunduğu, istər hava məkanında, istərsə yerüstü əməliyyatlarda Azərbaycan sərhədçilərinin qəhrəmanlıq şücaət nümunələri göstərdikləri vurğulanıb, sərhədçilərin keçdikləri döyüş yolu, azad etdikləri ərazilər barədə məlumat verilib.

Tədbirdə çıxış edənlər müharibənin ilk günlərindən sərhədçilərin Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etdiklərini, 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv etdiklərini bildiriblər.

Sərhədçilərin xalqımızın tarixi, milli-mənəvi sərvətinin rəmzi olan Xudafərin körpüsündə, Zəngilan şəhərində Zəngilanın Ağbənd qəsəbəsində dövlət bayrağını sancdıqları, Ermənistanla sərhəddəBartazŞüküratazstrateji yüksəkliklərini azad etdikləri, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi Şuşa şəhərinin düşmən tapdağından təmizlənməsində qəhrəmanlıq şücaət göstərdikləri vurğulanıb.

Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş hərbi qulluqçuların göstərdikləri igidlik fədakarlıqlarından danışılıb, onların əziz xatirələrinin hər zaman ehtiramla yad ediləcəyi əziz tutulacağı diqqətə çatdırılıb.

Çıxış edənlər qalib xalqımızın şərəfli tarixinin şahidləri olan kursantların gələcəkdə onlara əmanət ediləcək sərhədçilərin qəhrəmanlıq, Vətənə sədaqət ənənələrini layiqlə davam edəcəklərinə əminliklərini bildiriblər.

Xüsusi Məktəbdə keçirilmiş tədbirdə kursantlar tərəfindən Vətən müharibəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Sonda Vətən müharibəsi qəhrəmanları DSX-nin Akademiyası Xüsusi Məktəbinin kursant heyəti ilə xatirə fotoşəkli çəkdiriblər.

 

Azərbaycan.- 2021.-23 noyabr.- S.7.