YAP-ın təsis edilməsinin 29-cu ildönümü münasibətilə “Yaşıl Marafon” kampaniyası

 

Noyabrın 20-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü münasibətilə IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Yaşıl Marafon” kampaniyası keçirilib.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Milli Məclisin üzvləri və partiyanın fəalları marafonda iştirak ediblər.

Qeyd edək ki, YAP-ın yaradılmasının 29-cu ildönümü münasibətilə təşkil olunan “Yaşıl Marafon” kampaniyası çərçivəsində YAP üzvləri ETSN-in nümayəndələri ilə birgə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının iqliminə uyğun 1000-dən artıq müxtəlif növ ağac əkiblər.

Bu kampaniya ölkəmizdə həyata keçirilən yaşıllaşdırma aksiyasına növbəti bir töhfədir. Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekoloji vəziyyətin qorunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirmişdir. Hazırda bu nəcib siyasət Azərbaycan Prezidenti, Yeni Azaərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. YAP üzvləri də Ulu Öndərimiz tərəfindən qoyulan bu ənənəni layiqincə davam etdirməkdədir.

 

Azərbaycan.-2021.- 21 noyabr.- S.2.