5 əsrdən çox yaşı olan tütün

 

 

Kənd təsərrüfatı, ticarət və sənaye sahəsində 500 ildən çox müddət ərzində mövcud olan tütünün Asiyaya Amerika mənşəli olması tam olaraq bəlli deyil. Amma bilinən odur ki, tütün Amerikadan Avropaya səyahətçi Kristofor Kolumbonun dostlarına məxsus gəmilərlə gətirilib.

 

1492-ci ildə San-Salvadorda ilk dəfə tütüntütün yarpaqlarının çubuqlarla çəkildiyini və ağızda çeynəndiyini görən Kolumbun yerli əhalinin çəkdiyi qamış “tütəy”ə tütün adı verdiyi qeyd edilir. Tütünün ilk istifadəsi qurudulmuş yarpaqların əzilərək borunun bir ucunda yandırılması və tüstününtütünün digər ucundan ciyərə qəbul edilməsi şəklində olub. Mərkəzi Amerikada yaşayan xalqlar arasında kefləndirmə məqsədilə geniş istifadə edilən tütün Amerikaya yolu düşən dənizçiləri də özünə aludə edib. İlk siqaret çəkən avropalının KolumbunSanta-Mariya” gəmisində zabit işləyən Rodriqo de Xeres olduğu bildirilir. O, Amerikadan İspaniyaya qayıdan zaman özü ilə gətirdiyi tütün yarpaqlarını çəkərkən ağzından tüstü çıxdığı üçün qonşuları onu sehrbazlıqda və şeytançılıqda günahlandırıblar. Bu səbəbdən mühakimə edilən Xeresə kilsə məhkəməsi 1505-ci ildə 7 il həbs cəzasi verib. Bu avropalı həbsdən çıxarkən artıq Portuqaliyada siqaret çəkmə leqallaşmış və əhalinin yarısı tütün çəkirmiş.

 

İlkin dövrlərdə tütündən istifadə ilə bağlı böyük qadağalar tətbiq edilirdi.  1575-ci ildə ispanAmerika kilsələrində tütündən istifadə qadağan edilib. 1603-cü ildə İngiltərə kralı

 

I Ceyms tütündən istifadənin dinə qarşı olduğunu və insanların ruhunu məhv etdiyini iddia edərək ondan istifadəyə qadağa qoyubtütünü istehlak üçün İngiltərəyə gətirən şair, yazıçı Valter Raleighi öldürtdürüb. 1634-cü ildə Rusiya çarı I Aleksey dinin tütündən istifadəyə icazə vermədiyini iddia edərək onu qadağan edir, tütün çəkərkən ilk dəfə tutulanların burunlarını kəsdirir, bu halı təkrarlayanları daha sonra qətlə yetirirdi. Səfəvi şahı I Abbasın hakimiyyəti dövründə siqaret çəkənlərin üst dodağı və başı kəsilirdi.

 

Tanınmış alman səyyahı, coğrafiyaşünas alim Adam Olearinin sözlərinə görə, Səfəvilərin Osmanlılar üzərində qələbəsindən sonra Şah Abbas orduya birillik məvacibin ödənilməsini əmr edib. Ancaq tezliklə qulağına xəbər çatıb ki, əsgərlər məvacibi dolanışıqlarına xərcləmək əvəzinə tütün almağa başlayıblar. Bundan çox qəzəblənən şah bir dəstə yaradaraq orduda tütün və tənbəkinin istifadəsinə qoyulan qadağanın icrasını sərtləşdirir. Bu, tarixdə ilk antitütün kampaniyası idi. I Şah Abbasın ölümünə qədər tütün idxalı qadağan idigünahkarlar ağır cəzalandırılırdı.

 

Tütünün istifadəsi ilə bağlı sərt qadağaların olmasına baxmayaraq, maraqlı ziddiyyətlər də olub. Tütün haqqında ilk məlumatı yazan yepiskop Romano Pane 1518-ci ildə gətirdiyi tütün toxumlarını İspaniya kralı Çarlza hədiyyə edib. 1559-cu ildə Fransanın Portuqaliyadakı səfiri Jan Nikot onun öskürək, astma, başağrısı, mədə xəstəlikləri və qadın xəstəlikləri üçün yararlı olduğunu qeyd edibtütünü fransız kraliçasına hədiyyə edib. Bu səbəbdən tütünə “Kraliça otu” və ya “Səfir otuda deyiblər.

 

 

Azərbaycan.-2021.- 21 noyabr.- S.6.