DSX-də milli-mənəvi dəyərlər
mövzusunda seminar keçirilmişdir
Dövlət Sərhəd Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq noyabrın 19-da DSX-nin Sərhəd Nəzarətində “Milli dövlətçiliyimizin möhkəmləndirilməsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda seminar keçirilmişdir.
Dövlət
Sərhəd Xidmətinin Mətbuat mərkəzinin verdiyi məlumata
görə, seminarda iştirak edən hərbi qulluqçular
və dəvət olunmuş qonaqlar öncə Ulu Öndər
Heydər Əliyevin həyat və fəaliyyətini əks
etdirən zəngin fotoekspozisiya ilə tanış olmuş və
dahi öndərin əziz xatirəsini yad edərək
büstü önünə gül dəstəsi
düzmüşlər.
Dövlət himninin səsləndirilməsindən sonra Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxış edərək ölkəmizdə vətənpərvər və sağlam düşüncəli gənclərin yetişdirilməsi, onların Vətəninə məhəbbət, xalqının tarixinə, mədəniyyətinə və milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyələndirilməsi, eləcə də dini fanatizm, radikalizm və ekstremizm meyillərinə qarşı preventiv tədbirlər çərçivəsində bu fəaliyyətlərin əhəmiyyətini vurğulamış, DQİDK-nın mütəmadi olaraq müvafiq dövlət orqanları ilə sıx əməkdaşlıq etdiyini, o cümlədən Silahlı Qüvvələrin birləşmələrində maarifləndirici tədbirlərin keçirildiyini bildirmişdir.
Tədbirdə
çıxış edənlər Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı cənab İlham
Əliyevin rəhbərliyi altında həyata keçirilən
“Dəmir yumruq” əməliyyatı nəticəsində
ölkəmizin ərazi bütövlüyünün bərpa
olunduğunu qeyd etmiş, Azərbaycan Respublikasının Ermənistan
üzərində parlaq qələbəsi ilə başa
çatmış Vətən müharibəsində Azərbaycan
sərhədçilərinin döyüş rəşadətini
vurğulamışlar.
Seminarda
dini radikallıq meyilləri, ölkəmizin tolerantlıq siyasətinə
təhlükə yarada bilən təmayüllərlə
mübarizədə hər bir vətəndaşın həssaslıq
göstərməsinin vacibliyi qeyd olunmuşdur.
Tədbirin
sonunda Vətən müharibəsinə həsr edilmiş “Dəmir
yumruq” sənədli filmi nümayiş etdirilmişdir.
Azərbaycan.-2021.- 21 noyabr.- S.7.