K.B.Əliyevə 1-ci dərəcəli dövlət ədliyyə
müşaviri ali xüsusi rütbəsinin verilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının baş prokuroru Kamran Bayram oğlu Əliyevə 1-ci dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 noyabr
2021-ci il
Azərbaycan.- 2021.- 24 noyabr.- S.2.