Rodriqo Arkos: "Çili
Azərbaycanla Sakit Okean
Alyansında müşahidəçi statusunda
müşahidəçi ststusunda münasibətlərə xüsusi əhəmiyyət verir"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rodriqo Arkosun etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Rodriqo Arkos etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycanla Çilinin beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli formatda əməkdaşlıq etdiyini bildirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət, iqtisadiyyat sahələrində əlaqələrin qurulmasının önəmini vurğulayaraq biznes dairələri arasında əməkdaşlığın yaradılmasının vacibliyini bildirdi, bu baxımdan ölkələrimiz barədə məlumatların insanlara çatdırılmasının önəmini qeyd etdi.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin 2023-cü ilə qədər uzadılması ilə bağlı Çilinin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi, Azərbaycanın bundan sonra da sədr kimi Qoşulmama Hərəkatına üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğuladı.
Xoş
sözlərə görə minnətdarlığını
bildirən səfir Rodriqo Arkos
ölkəsinin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi. Eyni zamanda, Azərbaycanın Qoşulmama
Hərəkatına və Türk Dövlətləri
Təşkilatına uğurlu sədrliyi
ilə bağlı təbriklərini çatdırdı. Səfir
Rodriqo Arkos Azərbaycanla
Sakit Okean Alyansında
müşahidəçi statusunda
münasibətlərə xüsusi əhəmiyyət
verdiklərini bildirdi, post-COVID
dövründə ölkələrimiz arasında daha sıx əlaqələrin
qurulacağına əminliyini ifadə etdi.
Azərbaycan.- 2021.- 24 noyabr.- S.2.