Müdafiə
naziri ASELSAN şirkətinin idarə heyətinin sədri ilə
görüşüb
Noyabrın 23-də Müdafiə
naziri general-polkovnik Zakir Həsənov Türkiyə
Respublikasının ASELSAN şirkətinin idarə heyətinin
sədri və baş direktoru cənab Haluk Görgünün
rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Qonaqları salamlayan Müdafiə
naziri ölkələrimiz arasında hərbi və hərbi-texniki
əməkdaşlıq sahəsində müsbət
addımlar atıldığını, hər iki ölkə
başçılarının dostluq və qardaşlıq
münasibətlərinin Azərbaycan-Türkiyə əlaqələrinin
bütün istiqamətlərdə genişlənməsində
mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
Nazir Vətən müharibəsində istifadə edilən
ASELSAN şirkətinin istehsalı olan texniki
avadanlıqların yüksək keyfiyyətə malik
olduğunu xüsusi vurğulayıb.
Görüşdə müasir
döyüş əməliyyatlarının
aparılmasının yeni üsul və metodları, həmçinin
qoşunlarımızın texniki təchizatının daha da
gücləndirilməsi məqsədilə iki qardaş
ölkənin həyata keçirdiyi birgə layihələr
müzakirə edilib.
Bildirilib ki, Azərbaycan Ordusunun
dünyanın ən müasir silah və hərbi texnikası,
o cümlədən qabaqcıl informasiya texnologiyaları ilə
təchiz edilmiş, geniş rabitə sistemlərinə malik
peşəkar ordu kimi inkişaf etdirilməsi
qoşunlarımızın gizli, operativ idarəolunmasını,
onların manevr imkanlarının, ümumilikdə isə
döyüş qabiliyyətinin artırılmasını təmin
edəcək.
Azərbaycan.-
2021.-24 noyabr.- S.4.