QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yeni
icraçı direktoru kollektivə təqdim
edilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni təyin olunmuş icraçı direktoru Aygün Əliyeva kollektivə təqdim edilib.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təqdimat Prezident Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev tərəfindən həyata keçirilib.
A.Əliyeva ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirərək, ölkədə vətəndaş cəmiyyətinin inkişafı sahəsində qarşıya qoyulan hədəflərin layiqincə yerinə yetirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib.
Qeyd edək
ki, noyabrın 23-də Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin
Müşahidə Şurasının qərarı ilə
A.Əliyeva Agentliyin icraçı direktoru vəzifəsinə təyin olunub.
Azərbaycan.-
2021.-24 noyabr.- S.4.